Özbaşınalığa və saxtakarlığa qarşı


Baxıldı : 251

Tarix : 2015-02-21 04:46:00


Koreyanın \ Arbeit\ həmkarlar ittifaqı \ McDonalds\ işçilərinin hüquqlarının pozulmasına qarşı mübarizəni davam etdirir. Təşkilatın ikinci konqresində şirkətdə baş verən özbaşınalıq, iş saatlarının və əməkhaqlarının hesablanmasında administrasiyanın etdiyi saxtakarlıqların aşkarlanması müzakirə edilib. Qeyd edək ki, Seulda \ OccupyMcDonalds\ şüarı altında keçirilən aksiya zamanı polisin restoranı mühasirəyə almaq cəhdi baş tutmayıb və nümayiş uğurla nəticələnib. Elçin ZAKİRİ