"Zenit" İC-nin 6 samboçusu fərqlənib


Baxıldı : 177

Tarix : 2017-11-24 23:11:43


Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində  sambo  üzrə açıq Bakı şəhər çempionatı keçirilib. Çempionatda 9 çəki dərəcəsi üzrə 130 nəfər idmançı mübarizə aparıb.

Yarışda iştirak edən "Zenit" İdman Cəmiyyətinin yetirmələri ümumilikdə 6 medal qazanıblar. Tural Allahverdiyev  (62 kq.),  Abdulla Abdullayev  ( 68 kq.) və Vüqar Ağayev  (74 kq.) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.  Asim Əliyev ( 68 kq.) və Vasif Qasımov ( 90 kq.) yalnız final mərhələsində məğlub olaraq ikinci yeri tutublar. Saleh Sadıqlı ( 90 kq.) isə üçüncü yerdə qərarlaşıb. İdmançılarımızın uğur qazanmasında onlara təlim prosesini keçən məşqçi Yaqub Abdullayevin böyük xidmətləri var. Səmərəli aparılan məşq və yarışlar sonda öz nəticəsini verib.

Qeyd edək ki, I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Azər MUSTAFAYEV