”Zenit” İC-nin boksçuları iki qızıl, bir gümüş və üç bürünc medal qazanıblar


Baxıldı : 71

Tarix : 2019-12-20 18:34:25


Dekabrın 6-8-də Ukraynanın İvano-Frankovsk şəhərində yerli boksun əfsanəsi  İqor Qaydamakın xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib. Turnirdə 11 ölkədən (Ukrayna, İrlandiya, Polşa, Latviya, Çexiya, Rumıniya, Belarus, Moldova, Konqo, Sloveniya və Azərbaycan) 170-dək boksçu iştirak edib. Yarışda ölkəmizi təmsil edən “Zenit” İdman Cəmiyyətinin yetirmələri iki qızıl, bir gümüş və üç bürünc medal qazanıblar.

Hüseyn Nəcəfov (43 kq.) və Fərid Əliyev (57 kq.) birinci yer, Mətin Məmmədov ( 48 kq.) ikinci, Tural Sarıyev (50 kq.), Fərid Kosayev (57 kq.) və Rza Rzazadə (70 kq.) üçüncü yeri tutublar.

Məşqçi-müəllimlər Ceyhun Rüstəmov və Təvəkkül Məmmədovun rəhbərliyi altında yarışa hazırlaşan boksçularımızın istəyi ölkəmizin adının beynəlxalq idman arenalarında hər zaman ön sıralarda olmasıdır.