“Zenit” İC-nin boksçularının  uğurları


Baxıldı : 153

Tarix : 2019-11-15 18:32:09


Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının Dombay şəhərində boks üzrə kubok yarışları keçirilib. Yarışda Rusiya Federasiyasının Mərkəzi, Volqaboyu və Cənub, Şimali Qafqaz Federal Dairəsini, həmçinin qonşu ölkələr olan Azərbaycan, Qazaxıstan və Ermənistanı təmsil edən 236 idmançı iştirak edib. 

“Qafqaz aşırımlarının müdafiəçilərinin” xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ölkəmizi təmsil edən “Zenit” İdman Cəmiyyətinin boksçuları 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Qızıl medalları komandamızın aktivinə Əli Abbasov (57 kq.), Fərid Kosayev (52 kq.) və Nihad Məmmədli (56 kq.) yazdırıblar. Gümüş medala Kənan Əhmədov (49 kq.) layiq görülüb. Əhəd Rüstəmli (36 kq.) və Pərviz Məhərrəmov (69 kq.) üçüncü yeri tutublar. Cəmiyyətin boksçularının qazandığı bu uğurda məşqçi-müəllimlər Təvəkkül Məmmədov, Ceyhun Rüstəmov və Kamran Məlikovun rolu böyükdür.