”Zenit” İC-nin sərbəst güləşçiləri fərqləniblər


Baxıldı : 84

Tarix : 2019-02-04 04:34:34



Abşeron Olimpiya İdman Kompleksində yeniyetmələr və gənclər  arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilib.

Yarışda 2002- 2003-cü il təvəllüdlü  yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə müxtəlif idman cəmiyyətlərini təmsil edən pəhləvanlar 10 çəki dərəcəsində mübarizə aparıblar. “Zenit” İdman Cəmiyyətinin yetirmələri sərbəst güləş üzrə yarışda beş medal əldə ediblər. 48 kq. çəkidə çıxış edən Mircavad Nəbiyev bütün rəqiblərini məğlub edərək birinci yerə layiq görülüb. 55 kq. çəki dərəcəsində mübarizə aparan Rəhman İmanov ikinci, Şövqü Süleymanlı isə üçüncü olublar. Həmçinin Adəm Səmədov (80 kq.) üçüncü , Elvin Əsgərov (92 kq.) ikinci pillədə qərarlaşıblar.

Gənclər ( 1999-2001-ci il təvəllüdlü) arasında isə yunan-Roma və sərbəst güləş üzrə yarışlarda da qaliblər 10 çəki dərəcəsində müəyyən olunub. “Zenit” İdman  Cəmiyyətinin on gənc sərbəst güləşçisi mükafatçılar sırasında yer alıb. 86 kq. çəki dərəcəsində mübarizə aparan Emin Nəcəfzadə bütün rəqiblərindən üstün olub və qızıl medala yiyələnib. Sabutay Əmişov (61 kq.), Rəcəb Nurayev (70 kq.) və Hüseyn Hüseynov (97 kq.) ikinci yeri özlərinə təmin ediblər. İzzət Cəfərov (57 kq.), İlqar Məcidov (60 kq.), Nihad Şabanov (65 kq.), Ruhan Məmmədov (74 kq.), Rasim Əliyev (79 kq.) və Məhəmməd Balayev (92 kq.) isə üçüncü yeri tutublar.

Cəmiyyətin güləşçilərinin  müvəffəqiyyət qazanmasında onların məşqçi-müəllimləri Cavid Qurbanzadənin, Akif Qurbanovun, Fəxrəddin Nuriyevin və Vüsal Axundovun  xidmətləri də böyükdür. Onların rəhbərliyi altında keçirilən təlim-məşq prosesləri, yetirmələrinin nizam-intizamı bu uğura yol açır.