“Zenit” İC-nin taekvondoçuları 10 medal qazanıblar


Baxıldı : 32

Tarix : 2018-12-01 05:55:03


Noyabrın 25-də Göyçay Olimpiya İdman Kompleksində taekvondo idman növü üzrə uşaqlar və yeniyetmələr arasında Göyçay rayon açıq birinciliyi keçirilib. Yarışda  2009-2010, 2007-2008, 2004-2006-cı il təvəllüdlü  270-dək idmançı mübarizə aparıb.  Açıq birincilikdə “Zenit” İdman Cəmiyyətinin idmançıları da uğurla çıxış ediblər. Onlar bu yarışda ümumilikdə 10 medal qazanıblar. Bunlardan ikisi qızıl, səkkizi isə bürünc medaldır.

Qızıl medallara Elnur İsmayılov (45 kq.) və Kənan Yusifov (57 kq.) sahib olublar. Bürünc medalları isə üçüncü yeri tutan Xanmurad Süleymanov (45 kq.), Həsən Əsgər (21 kq.), Gülnur Musazadə (24 kq.), Aytən İsmayılova (55 kq.), Mircəfər Cabbarov (30 kq.), Kənan Məmmədəliyev (27 kq.), Mirməhəmməd Həşimli (30 kq.) və Elgün Məmmədov (55 kq.) əldə ediblər. Cəmiyyətin yetirmələrinin bu nailiyyətində məşqçi-müəllim Ramin Həsənovun da rolu xüsusi olaraq qeyd olunmalıdır.