"Zenit" İC-nin yetirmələri iki qızıl medal qazanıblar


Baxıldı : 37

Tarix : 2017-12-08 18:47:31


Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində əməkdar məşqçi A.Kazımbetovun xatirəsinə həsr olunmuş yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçirilib. Turnirdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri iştirak ediblər. Millimizlə yanaşı, Özbəkistan, Qırğızıstan, Rusiya və Qazaxıstan pəhləvanlarının iştirak etdiyi turnirdə güləşçilərimiz 3 qızıl medal qazanıblar. Əlihəsən Əmirli (45 kq.), Elvin Dünyamalıoğlu (65 kq.) və Fuad Mayılov (80 kq.) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Əlihəsən Əmirli və Elvin Dünyamalıoğlu "Zenit" İdman Cəmiyyətinin yetirmələridir. Hər iki güləşçimiz keçirdiyi görüşləri qələbə ilə başa vurub. Əlihəsən qızıl medal uğrunda yarışda dünya finalçısını, Elvin isə Asiya çempionunu məğlub edib. Məşqçi-müəllim Cavid Qurbanzadə idmançıların çıxışından razı qaldığını və növbəti yarışlarda da onlardan yalnız uğur gözlədiyini deyib. 

Azər MUSTAFAYEV