“Zenit” İC-nin yetirməsi qızıl medal qazanıb


Baxıldı : 67

Tarix : 2017-09-16 00:38:17


Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı keçirilib.

Qeyd edək ki, yarışda iştirak edən sərbəst güləşçilərimiz  1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. Bu nəticə ilə sərbəst güləşçilərimiz komanda hesabında 61 xalla 3-cü nəticə göstərib. Rusiya 73 xalla birinci, ABŞ komandası isə 66 xalla ikinci yeri tutub.

Komanda hesabında qazanılan qızıl medala isə "Zenit" İdman Cəmiyyətinin yetirməsi Əlihəsən Əmirli sahib olub. 42 kq. çəkidə mübarizə aparan Əlihəsən Əmirli ardıcıl olaraq ABŞ, Qazaxıstan və Yaponiyadan olan rəqiblərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Güləşçimiz keçirdiyi görüşlərdə rəqiblərindən 33 xal alsa da, heç birinə xal verməyib. Həlledici görüşdə Ə.Əmirli Özbəkistan idmançısı ilə qarşılaşıb. Qarşılaşmanı minimal hesablı üstünlüklə tamamlayan güləşçimiz dünya çempionatının qızıl medalını qazanıb. 

Gümüş medallara Mahir Məmmədzadə (50 kq.), Turan Bayramov (58 kq.) və Davud İbrahimov (69 kq.) sahib olublar. Bürünc medala isə Hacımurad Hacıyev (63 kq.) yiyələnib.

Məlumat üçün bildirək ki, yığma komandamızın üzvləri yunan-Roma güləşi yarışlarında 1 qızıl və 2 gümüş, yeniyetmə qızların yarışında isə 1 qızıl və 1 bürünc (Şahanə Nəzərova (38 kq.) qızıl və Ayşən Yusifova (40 kq.) bürünc ) medala sahib olub.

Azər MUSTAFAYEV