“Zenit” İdman Cəmiyyətinin boksçuları 8 medal qazanıblar


Baxıldı : 141

Tarix : 2019-08-02 15:28:38


Dağıstanın İzberbaş şəhərində SSRİ İdman ustası Abdulla İdrisovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib. Yarışda Rusiya Federasiyasının İnquşetiya, Çeçenistan, Stavropol diyarı, Dağıstan Respublikasından və Azərbaycandan 137 nəfər  (2001-2002, 2003-2004 və 2005-2006-cı il təvəllüdlü  yeniyetmələr) boksçu iştirak edib.

Boksçular 24 çəki dərəcəsində ən güclüləri müəyyənləşdiriblər.

Yarışda “Zenit” İdman Cəmiyyətinin yeniyetmə boksçuları da qüvvələrini sınayıblar. Məşqçi-müəllimlər Ceyhun Rüstəmov, Təvəkkül Məmmədov və Kamran Məlikovun  yetirmələri ümumilikdə 8 medal qazanıblar.

Kənan Şükürov (50 kq.) və Fərid Kosayev (52 kq.) qızıl, Əli Abbasov (54 kq.) gümüş, Əhəd Rüstəmli (32 kq.), Əkbər Mirzəzadə (32 kq.), Elgün Əliyev (34 kq.), Arif Səfərov (38,5 kq.) və Amin Əliyev (48 kq.)  isə bürünc medal qazanıblar.

Cəmiyyətin yetirmələrinin beynəlxalq turnirdə uğuru məşqçi-müəllimlərin apardığı təlim prosesinin nəticəsidir.

Sonda ən yaxşı boksçular diplom və medallarla təltif ediliblər.