”Zenit” İdman Cəmiyyətinin taekvondoçuları üç medal qazanıblar


Baxıldı : 55

Tarix : 2019-10-18 17:03:15


Oktyabrın 10-13-də Rusiya Federasiyasının Dağıstan Respublikasında taekvondo üzrə Ümumrusiya açıq turniri keçirilib. Turnirdə Azərbaycan idmançıları da iştirak ediblər. Yarışda ölkəmizi təmsil edən “Zenit” İdman Cəmiyyətinin yetirmələri Gülnur Musazadə ( 26 kq.) ikinci yer, Xanmurad Süleymanov ( 48 kq.) və Elmir İsmayılov ( 51 kq.) isə  üçüncü yeri tutublar.

Qeyd edək ki, taekvondoçularımız yarışa məşqçi-müəllim Ramil Həsənovun rəhbərliyi altında hazırlaşıblar.