“Zenit” İdman Cəmiyyətinin yetirmələrinin uğurları


Baxıldı : 65

Tarix : 2019-12-13 17:10:26


Dekabrın 4-dən 6-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib. Çempionatda iştirak edən “Zenit” İdman Cəmiyyətinin yetirmələri uğurlu nəticə göstəriblər. 57 kq. çəki dərəcəsində mübarizəyə qoşulan Əfqan Xaşalov bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Onunla eyni çəkidə yarışan Əliabbas Rzazadə isə bürünc medala yiyələnib. Ruslan Qasımov         (61 kq.) yalnız finalda məğlub olaraq ikinci yerlə kifayətlənib. Turan Bayramov (70kq.) və Turxan Qurbanov (125 kq.) isə üçüncü pillədə qərarlaşıblar.  

Sərbəst güləşçilərin məşqçi-müəllimləri Cavid Qurbanzadə, Samir Əliyev, Akif Qurbanov, Aslan Ağayev və Habil İbrahimov yetirmələrinin çıxışını müsbət qiymətləndiriblər.