“Zenit” İdman Cəmiyyətinin yetirməsi II Avropa Oyunlarında gümüş medal qazanıb


Baxıldı : 142

Tarix : 2019-07-08 07:13:18


Qadın güləşçilərin qarşılaşmasında mübarizəyə qoşulan “Zenit” İdman Cəmiyyətinin yetirməsi  Elmira Qəmbərova      (62 kq.) ilk mərhələdə Almaniya təmsilçisinə qalib gəlib. Həmyerlimiz ardınca Polşa təmsilçisini çətinlik çəkmədən məğlub edərək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə Rumıniya təmsilçisinə də heç bir şans verməyərək finala çıxıb. Finalda dünya və ikiqat Avropa çempionu olmuş Ukrayna güləşçisinə uduzaraq gümüş medalla kifayətlənib.

Elmira Qəmbərova çempion olmağı çox istədiyini, ancaq bu nəticənin də onun üçün sevindirici olduğunu bildirib. 

Qadınlardan ibarət yığmamızın baş məşqçisi Aslan Ağayev komandanın çıxışını müsbət dəyərləndirib və medalların  sayının gələcəkdə çox olması üçün daha əzmlə çalışacaqlarını deyib.

AHİT İctimai Birliyinin tərkibinə daxil olan idman təşkilatları və klubları Azərbaycan idmanının şöhrətinin yüksəlməsi naminə öz töhfələrini bundan sonra daha da artıracaqlar.