Zenit\ çilər mükafatçılar sırasında


Baxıldı : 325

Tarix : 2015-02-21 04:50:00


\ Zenit\ Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin idmançıları 2015-ci ilə uğurlu nəticələrlə start veriblər.Gənclər arasında sərbəst güləş üzrə Azərbaycan birinciliyində cəmiyyətin yetirmələrindən Əfqan Xaşalov çempion adını qazanıb. Turxan Qurbanov gümüş, Zəlimxan Vəliyev və Ümüd Abdulbəyli isə bürünc medallara layiq görülüblər. Bu qələbələrin əldə edilməsində onların məşqçiləri Cavid Qurbanzadə və Akif Qurbanovun da böyük zəhməti var.Yunan-Roma üzrə güləşənlərin mübarizəsində də \ Zenit\ çilər fərqləniblər. Nofəl Babayev II, Namaz Rüstəmov, Namiq İmamlı və Kamran Bədəlov III yeri tutublar.Qarşıda \ Zenit\ idmançılarını daha ciddi yarışlar gözləyir. İnanırıq ki, onlar qarşıdakı aylarda daha parlaq qələbələr əldə edəcəklər.