“Zenit”in boksçuları qızıl və gümüş medal qazanıblar


Baxıldı : 59

Tarix : 2020-03-06 17:13:36


Fevralın 25-29-da Bakı şəhərində yeniyetmələrin boks üzrə respublika birinciliyi keçirilib. 52 kq. çəki dərəcəsində mübarizə aparan “Zenit” İdman Cəmiyyətinin yetirməsi Arif Bayramov bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. 80 kq. çəki dərəcəsində yarışan Hüseyn Rzayev isə yalnız finalda uduzaraq ikinci yeri tutub. 

Yeniyetmə boksçuların yarışa hazırlaşmasında və qazandıqları uğurlarda məşqçi-müəllimləri Cavid Qorçiyevin və Əfqan Teymurovun xidmətləri böyükdür.