“Zenit”in gənc boksçusu   ikinci olub


Baxıldı : 103

Tarix : 2020-02-14 16:39:44


Boks Mərkəzində gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb. Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 48 komandanın qatıldığı yarışda 147 idmançı mükafatlar uğrunda mübarizə aparıb.

6 gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar bəlli olub. 52 kq. çəki dərəcəsində mübarizəyə qoşulan “Zenit” İdman Cəmiyyətinin yetirməsi Elbrus Adıgözəlov yalnız finalda məğlub olaraq ikinci yeri tutub. Məşqçi-müəllimi Cavidan Qorçiyev bu nəticəni qənaətbəxş hesab edərək, gələcək yarışlardan daha böyük uğurlar gözlədiklərini deyib.