“Zenit”in sərbəst güləşçilərindən uğurlu nəticələr


Baxıldı : 54

Tarix : 2020-01-31 16:05:29


Yanvarın 23-24-də Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst güləş üzrə Bakı çempionatı keçirilib.

Çempionatda paytaxtın müxtəlif klub və cəmiyyətlərindən 140-a yaxın pəhləvan 10 çəki dərəcəsində mübarizə aparıb. Yarışın mükafatçıları arasında “Zenit” İdman Cəmiyyətinin yetirmələri də var.

Qeyd edək ki, Nihat Usubov (55 kq.) və Əlişah Əmirov (80 kq.) öz çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək birinci olublar. Elxan Kərimov (55 kq.) və Məhəmməd Rzayev (71 kq.) ikinci yeri tutublar. Nuran Həşimov (48 kq.) və Murad Əliyev (51 kq.) isə turniri üçüncü yerdə başa vurublar.

“Zenit” İdman Cəmiyyətinin yetirmələri gənc sərbəst güləşçilər arasında keçirilən Bakı çempionatında da 5 medal qazanıblar. Yanvarın 28-29-da təşkil olunan yarışda 80-ə yaxın sərbəst güləşçi mübarizə aparıb. Cəmiyyətin yetirmələri Rəhman İmanov (57 kq.) və Elvin Dünyamalıoğlu (74 kq.) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Məhəmməd Aydayev (74 kq.) və Əlişah Əmirov (79 kq.) ikinci, Elvin Əsgərov (97 kq.) isə üçüncü olub.

Yeniyetmə və gənc sərbəst güləşçilərin yarışlara əzmlə hazırlaşmasında, uğur qazanmasında onların məşqçi-müəllimləri Cavid Qurbanzadə, Vüsal Axundov və Akif Qurbanov böyük rol oynayıb.