Zəruri olan iqtisadi tədbirlər görülməlidir


Baxıldı : 175

Tarix : 2020-03-16 04:55:00


Avropa Komissiyasının qış semestr paketinə münasibət bildirən Avropa Həmkarlar İttifaqları Konfederasiyasının  Baş katibi Luka Visentini deyib:  “Komissiya etiraf edir ki, əməkhaqqının ödənilməsində bərabərsizlik artır, azmaaşlı işçilərin həyatı isə getdikcə daha da çətinləşir. Qanunla müəyyən edilmiş minimum əməkhaqqının mövcud olduğu yerlərdə artırılmasına və hər bir üzv dövlətdə kollektiv danışıqların təşviq edilməsi üçün tədbirlərin görülməsinə təkidlə ehtiyac yaranır. Biz koronavirusun geniş yayılması ilə bağlı hadisələrin fonunda büdcə məqsədlərinə nail olunması üçün çevik bir yanaşma sadiqliyini alqışlayırıq. Üzv dövlətlər və Avropa İttifaqı ictimai səhiyyə sahəsində bu fövqəladə vəziyyəti dayandırmaq üçün zəruri olan iqtisadi tədbirləri görməlidirlər”.

Konfederasiyanın katibi Liyina Karr əlavə edib ki, Avropa Komissiyasının borcun azaldılmasına nail olmaq üçün ixtisarlara davam etməsi  yanlış addımdır. Xüsusən də hesabatda dövlət investisiya səviyyəsinin böhrandan əvvəlki səviyyədən aşağı olması da əks olunub.  Bütün üzv dövlətlər  borcların azaldılması, eləcə də iş yerlərinin yaradılması və yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə lazım olan iqtisadi artımı stimullaşdırmaq üçün daha çox dövlət investisiyasına ehtiyac duyur.

Avropa Həmkarlar İttifaqları Konfederasiyası layiqli əməyə əsaslanan inkişaf modelini təmin etmək üçün komissiya ilə işləməyə hazırdır.  Artım planetin təbii ehtiyatlarından istifadə məhdudiyyəti və ekoloji amil nəzərə alınmaqla  həyata keçirilə bilər. Üzv dövlətlərin sosial tərəfdaşları milli səviyyədə semestr prosesinin əsas mərhələlərində iştiraka cəlb etməsi tələbi balanslaşdırılmış və ədalətli siyasətin həyata keçirilməsini təmin etmək üçün ən yaxşı yoldur.