Zorakılıq və təcavüzdən azad iş dünyası


Baxıldı : 85

Tarix : 2020-03-06 17:18:35


8 Mart - Beynəlxalq Qadınlar Günü - əmək sahəsində zorakılıq və təcavüzün aradan qaldırılması haqqında BƏT-in 190 saylı yeni Konvensiyasının ratifikasiyasının təbliğinə və çağırışına mühüm bir məqamdır.

Keçən ilin noyabr ayında İndustriALL Ümumdünya Qadın Konfransında iştirakçılar tərəfindən qərar qəbul edilmişdir. Qərarda gender bərabərliyi və qadın hüquqlarının təşviqinin bundan sonra da davam etdiriləcəyi əks olunmuşdur.

Konfrans həmkarlar ittifaqlarında və ümumilikdə iş dünyasında qadınların üzləşdikləri bərabərsizliyin aradan qaldırılması məqsədilə qüvvələr nisbətində, strukturlarda və mədəniyyət sahəsində ciddi dəyişikliklərə yönəlmiş addımları müəyyənləşdirmiş, həmkarlar ittifaqları üçün dəyişikliklər proqramını işləyib hazırlamışdır. 

İndustriALL gender bərabərliyinə nail olmaq üçün zəruri tədbirlərə xüsusi diqqət yetirəcəkdir. Bu tədbirlər konfrans zamanı müəyyən edilib və onların arasında ən önəmlisi gender zorakılığı ilə mübarizədir.

İndustriALL BƏT-in 190 saylı Konvensiyasının ratifikasiyası üçün kampaniya aparır. Həmkarlar ittifaqları bu Konvensiyanın ratifikasiya olunmasında və milli qanunvericiliyə daxil edilməsində mühüm rol oynamalıdır.

Qadınların hüquqlarının təşviqi üçün 8 martda səfərbər olaq və Facebookda  (IndustriALL Women Facebook Group) qrupa qoşulmaqla öz planlarınızı paylaşa bilərsiniz.