Üzvlərin hüquq və vəzifələri qorunub


Baxıldı : 169

Tarix : 2015-01-24 05:16:00


TİAHİ Yasamal Rayon Komitəsinin ilk təşkilatlarında hesabat-seçki yığıncaqlarına başlanılıb. Rayon komitəsinin sədri Elçin Həmidovun bildirdiyinə görə, bu günlərdə 20 saylı məktəb-liseyin həmkarlar ittifaqı komitəsi hesabat verib. Komitə sədri R.Soltanovun hesabatında qeyd edilib ki, təşkilat öz sıralarında 347 nəfəri birləşdirir. Təşkilat fəaliyyəti müddətində daim üzvlərinin hüquq və vəzifələrini qorumuş, onlara maddi və mənəvi dəstək olmuşdur. Belə ki, müəllimlərin dərs yükünün ədalətlə bölünməsində, onların təkliflərinin, istəklərinin nəzərə alınmasında mühüm rol oynayıb.Hesabat dövründə 100-dən artıq müəllimin xəstəliklə bağlı müraciətləri əsasında əməkhaqları qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilmişdir. Aztəminatlı ittifaq üzvlərinə isə maddi yardım göstərilmişdir. İttifaq üzvlərinin övladlarının qış, yaz tətillərinin şən, mənalı keçməsi məqsədi ilə onlara Yeni il və Novruz bayramı tədbirlərinə biletlər və hədiyyələr verilmişdir.Nabranda yaradılmış \ Təhsil\ İstirahət Kompleksində təşkilatın bir çox üzvü istirahət etmişdir. Təşkilat həm də əlilliyə görə verilən müavinətin 20 faizdən 25 faizə qaldırılması məsələsinin həlli yolunda çalışmaqdadır.Təşkilat qabaqcıl müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün onları Fəxri fərmanlarla təltif etmiş, yaşlı müəllimlərin yubileylərini təntənəli şəkildə keçirmişdir.Təşkilat bundan sonra da öz fəaliyyətini bu istiqamətdə davam etdirəcəkdir\ .