Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 30-da) ... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır. … Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.
(avqustun 31-də) … Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
(sentyabrın 1-də) … və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.
(sentyabrın 2-də) … və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.
(sentyabrın 3-də) … və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır. … və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV
noyabrın 19-da … "Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar kontekstində" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına məktub göndərmişdir. … Türkiyə-Yunanıstan Qaz Kəmərinin açılış mərasimində iştirak etmiş və nitq söyləmişdir. … Yunanıstanın Baş naziri Konstantinos Karamanlis ilə görüşmüşdür. … Ədirnə şəhərində Amerika Birləşmiş Ştatlarının energetika naziri Samuel Bodmanla görüşmüşdür. … Fransa Respublikasına səfərə gəlmişdir. … Parisdə Fransanın "Total" Şirkətlər Qrupunun baş direktoru Kristof dü Marceri ilə görüşmüşdür.
noyabrın 20-də … Fransa Senatının sədri Kristian Ponsölen ilə görüşmüşdür. … Yelisey sarayında Fransa Respublikasının Prezidenti Nikola Sarkoz ilə görüşmüşdür. … Fransa Respublikasına səfəri başa çatmışdır.
noyabrın 21-də … Türkiyə Respublikasının Prezidenti Abdullah Güllə görüşmüşdür. … Gürcüstana səfərə gəlmişdir. … Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüşmüşdür. … Gürcüstanın Tetri-Skaro rayonunda-Marabda stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməlinin qoyulmasına həsr olunmuş mərasimdə iştirak etmiş və nitq söyləmişdir.
noyabrın 22-də … "Gülüstan" sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə təşkil olunmuş ziyafətdə iştirak etmiş və nitq söyləmişdir. … Prezident Sarayında Türkiyə Ali Məhkəməsinin sədri Osman Arslanı qəbul etmişdir. … Prezident Sarayında Macarıstanın iqtisadiyyat və nəqliyyat naziri Yanoş Kokanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. … Bakıda keçirilən XIII beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları-2007" sərgisinin iştirakçılarını qəbul etmişdir. … Prezident Sarayında MDB və Baltikyanı Ölkələrin Dəmiryol Nəqliyyatı Şurasının 47-ci iclasının iştirakçılarını qəbul etmişdir.
Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.
Elza HƏSƏNOVA, Samux rayonu.
- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər. Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.