Həkimlər tətilə başladılar

Türkiyənin dövlət xəstəxanalarının tibbi personalı tətillərə başlayıb. Həkimlərin qəzəbinə səbəb Böyük Millət Məclisinin qəbul etdiyi yeni qanun layihəsi olub. Bu qanuna əsasən həkimlərin iş vaxtı 12 saatadək uzadılıb. Aksiya iştirakçıları qəbul olunmuş qanunun ləğv olunmasını tələb ediblər. Dövlət rəsmiləri yeni tətbiq olunmuş əlavə iş saatlarına görə tibb işçilərinə kompensasiyaların ödənilməsinin nəzərdə tutuluduğunu söyləyib.

Həkimlər isə bildiriblər ki, böhran şəraitində əməkhaqqının gecikdirildiyi və hətta ödənilmədiyi halda əlavə kompensasiyaların verilməsinə inanmaq olmaz: "Bundan başqa, yeni qanunda yol verilən səhflər pasientlərin səhhətinə mənfi təsir göstərə bilər".
Məlumat üçün bildirək ki, sözügedən qanun dövlət xəstəxanaları, tibb mərkəzləri və tibb fakültələrində çalışan işçiləri əhatə edir.
Afaq.



«Həkimlər tətilə başladılar»   -
«Ülfət Qazeti»   -