Belçikada irimiqyaslı nümayiş
Yanvarın 29-da Belçikanın paytaxtında kütləvi ixtisarlar, həyat səviyyəsinin aşağı düşməsi ilə bağlı böyükmiqyaslı nümayiş keçirildi. Ölkənin 3 ən iri həmkarlar ittifaqları təşkilatlarının iştirak etdiyi ümumxalq marşı əvvəlcədən “güc nümayişi”nə çevrildi.
Bu nümayiş və onun səbəbləri haqqında "Solidarnost"a hərəkatın birbaşa iştirakçısı, BHİK-in işçisi Anton Leppik danışdı. Ölkənin bütün regionlarından 30.000 nəfərdən çox insan Xristian Həmkarlar İttifaqı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Belçikanın Liberal Həmkarlar İttifaqı tərəfindən təşkil olunmuş nümayişdə iştirak etmək üçün küçələrə çıxdılar. Nümayişçilərin ilk sıralarında Opel, İnbev, Hewlett-Packard-ın və digər maliyyə nəhənglərinin Belçikadakı kütləvi ixtisarlar olan müəssisələrinin işçiləri gedirdi. Yürüş Avropa Komissiyasının binasından başladı və ikinci Kral Albert bulvarında qurtardı. Həmkarlar ittifaqları başçıları mətbuat qarşısında çıxış edərək bildirdilər ki, əgər bu cür siyasət davam etsə, onda həmkarlar ittifaqları təşkilatları "Fransız şablonuna uyğun", yəni ümumi kütləvi tətillərə hazırlığa başlayacaqlar. Xatırladaq ki, axırıncı belə kütləvi nümayiş 2009-cu ilin sentyabrında Brüsseldə bir gün ərzində bütün həyatı iflic etmiş, kilometrlərlə tıxaclar yaratmışdır. AHİK-in beynəlxalq əlaqələr şöbəsi.
|