Əməkhaqqının az olması narazılığa səbəb olacaq
Britaniyanın "Hevvlett-Paskard" və Hindistanın "Nokia" şirkətlərinin işçiləri etiraz aksiyası keçirməyi planlaşdırırlar. Hər iki şirkətin işçilərinin tətil keçirmə səbəbi əməkhaqqının azalması və kütləvi ixtisarların aparılmasıdır.
"Hevvlett-Paskard"ın işçiləri həmkarlar ittifaqının şirkət rəhbərliyi ilə apardığı danışıqların uğursuz nəticəsindən narazı olduqlarını bildiriblər. Həmkarlar ittifaqının nümayəndələri onu da bildiriblər ki, ötən il işçiləri nəzərdən tutulandan artıq işləmişlər və nəticədə şirkətin illik gəliri 30, 8 milyard dollaradək artmışdır. Bunun müqabilində isə şirkət rəhbərliyi onların əməkhaqlarını azaltmış və ixtisarlar aparmışlar. Aksiyada təxminən 100 nəfərin iştirak etdiyi gözlənilir. Tətilə "Hevvlett-Paskard"ın ABŞ və İngiltərədə fəaliyyət göstərən filiallarının qatılacağı da istisna edilmir. Digər bir etiraz aksiyasının isə Hindistanın Çennai şəhərində keçiriləcəyi gözlənilir. Burada "Nokia" şirkətinin işçiləri eyni səbəbdən tətillərə hazırlaşırlar. Aksiyada müəssisənin 8000 işçisindən1200 nəfərin iştirak edəcəyi gözlənilir. Afaq RƏSULQIZI.
|