Türkiyədə işçilər təzyiqə məruz qalıblar

Həmkarlar ittifaqına üzv olduqları üçün

"Birleşik Metal - İş" həmkarlar ittifaqının yeni üzvləri təqib və təzyiqlərə məruz qalıblar. İşçilərə zor tətbiq edilməsinin əsas səbəbi isə onların həmkarlar ittifaqına üzv keçmələridir. Türkiyənin avtohissə istehsal edən zavodunun rəhbərliyi "Birleşik Metal-İş" həmkarlar ittifaqının 15-dən artıq üzvünü müxtəlif bəhanələrlə işdən azad edib. Müəssisə rəhbərliyi həmkarlar ittifaqına üzv keçən hər işçini ixtisara salacağını bildirib.
Məlumat üçün deyək ki, ötən ilin dekabr ayında "Birleşik Metal-İş" həmkarlar ittifaqı təşkilatının nümayəndələri işçilərlə kollektiv müqavilələrin bağlanması barədə Əmək Nazirliyinə müraciət edib. Təşkilatın bu addımını müsbət qarşılayan işçilər isə cari ilin yanvar ayında məcburi olaraq işdən çıxarılıblar.

Afaq RƏSULQIZI.



«Türkiyədə işçilər təzyiqə məruz qalıblar»   -
«Ülfət Qazeti»   -