Portuqaliya . Silah əvəzinə...
bayraqlardan istifadə olundu
Portuqaliyada hökumətin tədbirlər planı etirazla qarşılanıb. Paytaxt Lissabonda keçirilən etiraz aksiyalarında minlərlə insan iştirak edib. Etirazlar zamanı sağçı qrupla solçu "indiqnatos" qrupu arasında toqquşmalar baş verib. Tərəflər bir-birilərinə bayraqlarla hücum ediblər. Polisin müdaxiləsilə toqquşmaların qarşısı alınıb. Etirazçılar daha sonra parlamentin binasına tərəf yürüş ediblər. Yürüşdə Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Komissiyası əleyhinə şüarlar səsləndirilib. Portuqaliya hökuməti Avropa ölkələrinə və Beynəlxalq Valyuta Fonduna 104 milyard dollar məbləğində olan borcun azaldılması məqsədi ilə 3 illik ciddi tədbirlər proqramının tətbiqinə başlayıb. Bu isə ölkədə sosial xərclərin azaldılmasına və vergilərin yüksəldilməsinə səbəb olub.
Afaq HÜSEYNOVA.
|