Ümumdünya Turizm Günü qeyd olunacaq

Azərbaycanda "Turizm ili" çərçivəsində Ümumdünya Turizm Gününün təntənəli qeyd olunması münasibətilə sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Nazirlikdən verilən məlumata görə, həmin gün səhər "Kempinski Hotel Badamdar" mehmanxanasında Ümumrespublika daxili turizm konfransı keçiriləcək.
Saat 10:00-dan 19:00-dək Dənizkənarı Milli Parkda əl sənətkarlığı nümunələri sərgisi açılacaq. Axşam isə Dənizkənarı Milli Parkda konsert proqramı baş tutacaq.
Bundan başqa, ölkə muzeylərində açıq qapı günü elan olunacaq.



«Ümumdünya Turizm Günü qeyd olunacaq»   -
«Ülfət Qazeti»   -