- Azər...

- Əmək münasibətlərinin tətbiqində bir çox hallarda əsasnamələr və qərarlar qanunlardan üstün tutulur. Əgər əsasnamələr qanunlardan güclüdürsə, qanunların aliliyinə kim hörmət etməlidir?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.

- "Normativ-hüquqi aktlar haqqında" qanunun 7-ci maddəsinə əsasən, normativ-hüquqi aktların tətbiqi zamanı müxtəlif hüquqi qüvvəyə malik olan normativ-hüquqi aktlar arasında ziddiyyət olduqda daha yüksək hüquqi qüvvəyə malik olan akt tətbiq olunur. Eyni hüquqi qüvvəyə malik olan normativ-hüquqi aktlar arasında ziddiyyət olduqda isə daha sonra qüvvəyə minmiş normativ-hüquqi akt tətbiq olunur. Qanunun bu maddəsinə əsasən, əsasnamə, qərar və qanunun tətbiqi zamanı ziddiyət olarsa ilk növbədə qanun, daha sonra isə qərar və ya əsasnamə tətbiq olunmalıdır.
Konstitusiyanın 148-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sistemi aşağıdakı normativ-hüquqi aktlardan ibarətdir:

1. Konstitusiya.
2. Referendumla qəbul edilmiş
aktlar.
3. Qanunlar.
4. Fərmanlar.
5. Nazirlər Kabinetinin
qərarları.
6. Mərkəzi icra hakimiyyəti
orqanlarının normativ aktları.
Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər. Normativ-hüquqi aktlar tətbiq olunarkən Konstitusiyanın bu maddəsində göstərilən qaydada qanunun aliliyi prinsipi əsas götürülməlidir.
Konstitusiyanın 149-cu maddəsinə əsasən, normativ-hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Nazirlər Kabinetinin qərarları Konstitusiyaya, qanunlara və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Konstitusiyaya, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

- Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması barədə məlumat verməyinizi xahiş edirəm.

Ələmdar HÜSEYNLİ,
Xırdalan şəhəri.

- "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 9-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır:
o bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə edilmiş sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında qəbzin qəbul edilməsi.
o daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması.
o bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya bu hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi".
o hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmə halı istisna olmaqla, qeydiyyat orqanı ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbuledilmə ardıcıllığı ilə aparılır.

- Qanunla notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumunun dərəcələri hansı məbləğdə təyin olunmuşdur?

Malik HƏSƏNOV,
Zaqatala rayonu.

- "Dövlət rüsumu haqqında" qanunun 10-cu maddəsinə əsasən: daşınmaz əmlakın (mənzillərin, bağ evlərinin, qurğuların, tikililərin, torpaqların və başqa daşınmaz əmlakın) özgəninkiləşdirilməsi, mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün: müqavilə üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə - 7 manat, müqavilə üzrə əmlak başqa vətəndaşlara və ya hüquqi şəxslərə keçirsə: Bakı şəhərində -110 manat, digər şəhər və rayonlarda - 44 manat, mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi üçün - 7 manat.
Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün: müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, qardaşın, bacının mülkiyyətinə keçirsə - 25 manat, müqavilə üzrə əmlak digər vətəndaşın və ya hüquqi şəxsin mülkiyyətinə keçirsə - 50 manat, müqavilə üzrə əmlak xarici hüquqi şəxsin, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətinə keçirsə - 75 manat.
Yaşayış evlərinin tikinti işi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi üçün: müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, babaya, nənəyə, nəvəyə, valideynlərə, qardaşa, bacıya keçirsə - 3 manat, müqavilə üzrə istifadə hüququ digər fiziki və ya hüquqi şəxsə keçirsə - 5 manat.
Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri: dəyəri 2200 manatadək - 5 manat, dəyəri 2200 manatdan 5500 manatadək - 17 manat, dəyəri 5500 manatdan çox olduqda - 28 manat, ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: Bakı şəhərində -110 manat, digər şəhər və rayonlarda - 44 manat, qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: Bakı şəhərində - 55 manat, digər şəhər və rayonlarda - 22 manat, qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün: tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə - 3 manat, tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə - 5 manat, tərəflər digər fiziki və hüquqi şəxsdirsə - 61 manat.
Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün - 3 manat, tərəflər digər fiziki və ya hüquqi şəxslərdən ibarətdirsə - 5 manat, vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün: qanunla müəyyən edilən bütün növbəli vərəsələrə (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq) - 3 manat, vərəsə digər fiziki və ya hüquqi şəxsdirsə - 11 manat, ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi üçün - 3 manat.
Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün: etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə - 5 manat, etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsə - 10 manat, nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün: etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilirsə - 3 manat, etibarnamə digər fiziki və ya hüquqi şəxslərə verilirsə - 5 manat.
Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi üçün - 5 manat, dəniz protestlərinin tərtibi üçün - 10 manat, vəsiyyətnamələrin təsdiqi üçün - 3 manat, notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün - 2 manat, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi, sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün - 0,25 manat.
İcra qeydlərinin aparılması üçün - 5 manat, vətəndaşların, dövlət idarə, müəssisə və təşkilatlarının, kooperativ və digər ictimai təşkilatların ərizələrinin başqa vətəndaşlara, dövlət idarə müəssisə və təşkilatlarına, kooperativ və başqa ictimai təşkilatlara verilməsi və 10.1- 10.17-ci maddələrdə göstərilən hərəkətlərdən başqa notariat hərəkətləri üçün - 3 manat, müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbulu üçün - 3 manat, bu qanunla müəyyən edilmiş hallarda müştərinin qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə getmək üçün - 3 manat, notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə olduğu vaxtın hər bir saatı üçün - 3 manat, notariat hərəkəti ilə bağlı olmayan məsələlərə dair yazılı məsləhətlər üçün - 3 manat, notariat hərəkəti ilə bağlı olmayan sənədin layihəsinin tərtibi üçün - 2 manat, ödəniş qiymətli kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi üçün - 2 manat, digər notariat hərəkətlərinə görə - 6 manat dövlət rüsumu ödənilir.



«- Azər...»   -
«Ülfət Qazeti»   -