HƏFTƏNİN RƏSMİ XRONİKASI

Yanvarın 20-də
... və xanımı Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəldilər.

Yanvarın 21-də
... Prezident Sarayında Bəhreyn Beynəlxalq İnvestisiya Bankının və Al Fahim Qrupunun sədri Səid Abdul Cəlil Məhəmməd Al Fahimi qəbul etmişdir.

Yanvarın 22-də
... Naxçıvan Muxtar Respublikası məhkəmələrinin bir sıra hakimlərinin, məhkəmə sədrlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında Sərəncam imzalamışdır.
... Ağcabədi və Ağdam rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.
... Lev Landaunun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır.
... Prezident Sarayında Yaponiyanın "Panorama Reports" agentliyinin layihə direktoru xanım Sepide Razmkhaha və müxbiri Andreas Samuelssona müsahibə vermişdir.
... Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin yaradılması haqqında Sərəncam imzalamışdır.

Yanvarın 23-də
... Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə yola düşmüşdür.
... Davosda, onun üçün ayrılmış iqamətgahda, "Turmotel Viktoriya" mehmanxanasında Amerika Yəhudi Komitəsinin icraçı direktoru Deyvid Harris ilə görüşmüşdür.
... Davosda, onun üçün ayrılmış iqamətgahda, "Turmotel Viktoriya" mehmanxanasında Macarıstanın Baş naziri Ferents Dyurçan ilə görüşmüşdür.

Yanvarın 24-də
... Davosda İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen ilə görüşmüşdür.
... Davosda, onun üçün ayrılmış iqamətgahda, "Turmotel Viktoriya" mehmanxanasında "Sisko" şirkətinin sədri və baş icraçı direktoru Con Çambersi qəbul etmişdir.
... Davosda, onun üçün ayrılmış iqamətgahda, "Turmotel Viktoriya" mehmanxanasında Ukrayna Prezidenti Viktor Yuşşenko ilə görüşmüşdür.
... Davosda, onun üçün ayrılmış iqamətgahda, "Turmotel Viktoriya" mehmanxanasında İsrailin xarici işlər naziri xanım Sipi Livnini qəbul etmişdir.
... Davosda, onun üçün ayrılmış iqamətgahda Albaniya Nazirlər Şurasının sədri Sali Berişa ilə görüşmüşdür.
... Davosda, onun üçün ayrılmış iqamətgahda "BP Group" şirkətinin baş icraçı direktoru Entoni Heyvordu qəbul etmişdir.
... Davosda, onun üçün ayrılmış iqamətgahda Böyük Britaniyanın "Euromoney İnstitutional İnvestor PLC" şirkətinin sədri Padraik Fallonu qəbul etmişdir.
... Davosda, onun üçün ayrılmış iqamətgahda İran İslam Respublikasının xarici işlər naziri Mənuçehr Mottəkini qəbul etmişdir.
... Davosda, onun üçün ayrılmış iqamətgahda Cənubi Afrika Milli Konqresinin sədri Cakob Zuma ilə görüşmüşdür.



«HƏFTƏNİN RƏSMİ XRONİKASI»   -
«Ülfət Qazeti»   -