Rusiyada soydaşlarımızın qətlə yetirilməsi halları artır

"Rusiya ərazisində bir milyondan çox azərbaycanlı yaşayır. Orada yaşayan soydaşlarımız müxtəlif sahələrdə fəaliyyət göstərir. Aralarında bizneslə məşğul olanlarla yanaşı, kriminogen qrupların təsiri altına düşənlər də var. Soydaşlarımıza qarşı törədilən cinayət faktları isə müxtəlif motivlərlə bağlı olur: şəxsi ədavət, qisasçılıq, maraqların toqquşması. Baş verən cinayətlərin qarşısını almaqda isə Rusiya aciz qalır, kriminogen durumu tənzimləyə bilmir. Bu fakt artıq Rusiyanın rəsmi şəxsləri tərəfindən də etiraf edilir. Dövlət Dumasında bu məsələ bir neçə dəfə müzakirə olunub. Hətta 400-dən artıq hüquqşünas alim Prezidentə müraciət edərək ölüm cəzasının yenidən bərpası məsələsini qaldırmışdı. Görülən bütün tədbirlərə baxmayaraq, Rusiya kriminal ünsürlərlə bacarmır. Belə olan halda baş verən cinayətlər sırasında azərbaycanlıların öldürülməsi də mümkün haldır".
M.Hacıyev soydaşlarımızın hüquqlarının müdafiəsi baxımından bir sıra tədbirlərin görülməsini vacib sayır: "Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı araşdırma aparılmalıdır. Yalnız bu zaman hansı regionda soydaşlarımıza qarşı cinayət hallarının artması aydınlaşar. Bundan sonra dövlət səviyyəsində Rusiya tərəfinə müracəit edilə bilər ki, həmin cinayətlərin qarşısı alınsın".
M.Hacıyev azərbaycanlılara qarşı törədilən cinayət hallarının kim tərəfindən həyata keçirilməsinin önəm daşımadığını bildirir: "Cinayətkarın milliyyəti olmur. Cinayət faktı harada törədilirsə, həmin ölkənin hüquq-mühafizə orqanları bu məsələyə görə məsuliyyət daşıyır".

Xalid AZƏR.



«Rusiyada soydaşlarımızın qətlə yetirilməsi halları artır»   -
«Ülfət Qazeti»   -