Gələcəyin yolu ulu öndərin irsini öyrənməkdən keçir

* * *
Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti ulu öndərin anadan olmasının 85-ci ildönümü münasibətilə ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirilməsi haqqında birgə qərar qəbul etmişlər. Qərara uyğun olaraq festivalın I və II mərhələsi mart-aprel aylarında, qaliblərin yekun konserti isə 2008-ci ilin may ayının 1-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş tutmalıdır. Artıq festivalın Əsasnaməsi, təşkilat komitəsi və münsiflər heyəti üzvlərinin siyahısı hazırlanmışdır. Tərəflərin öhdəlikləri və xərclər smetası müəyyən edilmişdir.
* * *
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi pedaqoji işçilər və məktəblilər arasında "Biz Heydər Əliyev irsini öyrənirik" mövzusunda müsabiqə keçirməyə hazırlaşırlar. Paytaxtın bütün təlim-tərbiyə müəssisələrini əhatə edəcək müsabiqə 3 mərhələdən (məktəb, rayon, şəhər üzrə) ibarət olacaqdır.
Şagirdlər ulu öndərin irsini nə dərəcədə öyrəndiklərini aşağıdakı layihələr üzrə nümayiş etdirəcəklər:
- ədəbi-bədii layihələr: inşa, yazı, şeir, rəsm, bədii toxuculuq, tətbiqi sənət işləri;
- elmi-tədqiqat layihələri: irsin tədqiqi ilə bağlı mini tədqiqatlar və yaradıcı işlər.
- internet layihələri: irsin öyrənilməsi və təbliği ilə bağlı səhifələr.
Təşkilat Komitəsi və Münsiflər Heyəti hər nominasiya üzrə qalibləri 1 may 2008-ci ilədək müəyyən edib mükafatlandırmaya təqdim edəcəklər. Qaliblər 6 may 2008-ci ildə keçiriləcək konfransda mükafatlandırılacaqlar. Eyni zamanda qaliblərin işlərindən ibarət sərgi və bədii hissə təşkil olunacaq və ən yaxşı əsərlərdən ibarət çap olunmuş toplunun təqdimatı keçiriləcək.



«Gələcəyin yolu ulu öndərin irsini öyrənməkdən keçir»   -
«Ülfət Qazeti»   -