Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

“Xəbərin rəngi" kitabının təqdimatı

28.12.09 - 14:01102 baxılıb

Ötən gün M.F. Axundov adına Milli Kitabxanada publisist Rəhilə Gülgünün "Xəbərin rəngi" kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov görkəmli mətbuat və dövlət xadimi, nüfuzlu pedaqoq Nəsir İmanquliyevə həsr olunan bu kitabın əhəmiyyətindən danışıb.

Tədbirin aparıcısı, Yazıçılar Birliyinin katibi Rəşad Məcid vaxtilə müəllimi olmuş Nəsir İmanquliyevi ustad jurnalist kimi dəyərləndirib. O, N.İmanquliyevin baş redaktoru olduğu "Bakı" və "Baku" qəzetlərinin mətbuat tariximizdəki önəmli rolundan söz açıb.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev "Xəbərin rəngi" kitabının Nazirliyin təşəbbüsü ilə, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin həyat və fəaliyyətindən, istedadlı insanların yaratdığı dəyərli irsdən bəhs edən "Silinməz izlər" seriyasından ikinci nəşr olduğunu vurğulayıb: "Bu gün təqdimatına yığışdığımız kitabda görkəmli jurnalist, dövlət xadimi, pedaqoq Nəsir İmanquliyevin həyatından, şəxsiyyətindən, çağdaş mətbuatımıza örnək olan fəaliyyət meyarlarından bəhs edilir".
BDU-nun jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə N.İmanquliyevin pedaqoji ustalığından, əsl müəllimə xas keyfiyyətlərindən danışıb.
AHİK sədrinin müavini, "Ülfət" qəzetinin baş redaktoru, "Bakı" qəzetinin keçmiş əməkdaşı Aqil Dadaşov isə N.İmanquliyevin rəhbərlik keyfiyyətləri, birgə iş zamanı ondan gördükləri diqqət və qayğı haqqında fikirlərini bölüşüb.
Publisist Zemfira Məhərrəmli çıxışında N. İmanquliyevin mənalı ömür yoluna nəzər salıb, onun haqqında yazılan kitabın məziyyətlərilə bağlı mülahizələrini söyləyib.
Xalq şairi Zəlimxan Yaqub N.İmanquliyevi "əsl mənəviyyat adamı" adlandırıb: "Nəsir müəllim özünün cazibə mərkəzi olan insanlardandı. Xalqımızın gözəl bir sözü var: Köhnə kişi! Bu ikicə kəlmədə əsl Azərbaycan kişisinin bütün üstün keyfiyyətləri toplanıb. Nəsir İmanquliyev də məhz həmin o köhnə kişilərdən idi".
Millət vəkili Sabir Rüstəmxanlı Rəhilə Gülgünün indiyədək bir sıra kitablar yazdığını, N.İmanquliyev haqqında qələmə aldığı kitabın isə xüsusi diqqət və ustalıqla yazıldığını önə çəkib: "Rəhilə Gülgün Nəsir İmanquliyev haqqında kitab yazmağa mənəvi səlahiyyəti, haqqı çatan publisistdir. Rəhilə xanım Nəsir müəllimin şəxsiyyətinə dərindən bələd olan bir qələm sahibi kimi kitabında onun fəaliyyətini ustalıqla işıqlandırıb".
Sonda çıxış edən müəllif tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.

çap üçün verisya

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.