Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

“Azərbaycan diasporu ölkəmizin milli maraqları ilə bağlı məsələlərə daim ciddi və operativ reaksiya verir”

28.12.09 - 14:0373 baxılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyevlə müsahibə

Valeh Hacıyev: “Xaricdə yaşayan azərbaycanlılar doğma vətənlərinin milli mənafelərinə xələl gətirə bilən bütün təşəbbüs və cəhdlərə qarşı öz etiraz səslərini ucaldırlar”

-Valeh müəllim, yola saldığımız 2009-cu ili Azərbaycan diasporunun fəaliyyəti baxımından necə qiymətləndirərdiniz?
-Diasporla İş üzrə Dövlət Komitəsi 2009-cu ildə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin təbliği məqsədi ilə bir sıra tədbirlər həyata keçirib.
Yola saldığımız il ərzində "20 Yanvar" faciəsinin 18-ci ildönümü, Xocalı soyqırımının 19-cu ildönümü, Xocalı soyqırımı və 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İsveç, İsveçrə, Finlandiya, Norveç, Niderland Krallığı, Böyük Britaniya, Belçika, Latviya, Litva, Estoniya, Rusiya Federasiyası, Ukrayna, Belarus, Bolqarıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, ABŞ, Kanada, Yaponiya, Yeni Zelandiya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Cənubi Koreya, Almaniya, Fransa, Çexiya, Macarıstan, Rumıniya və sair ölkələrdə müxtəlif formatlı tədbirlər təşkil edilib.
Eyni zamanda Heydər Əliyev Fondu Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar xarici ölkələrdəki Azərbaycan icma və birliklərini müvafiq məlumatlar və sənədlərlə təmin edib. Fondun məqsədi Almaniya, Fransa, İsveçrə, Belçika, Çexiya, Macarıstan, Rumıniya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdə Xocalı soyqırımının növbəti ildönümünün yüksək səviyyədə qeyd olunmasına və faciənin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması olub.
Cari ilin mart ayının 3-də Praqada erməni fotoqrafı Qarik Avanesyanın "Qədim ölkə Artsax" kitabının təqdimat mərasiminin keçirilməsi etiraz olaraq Çexiyada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri, o cümlədən burada təhsil alan azərbaycanlı tələbələr mitinq təşkil ediblər. Litva Respublikasının internet saytında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım və terror aktlarından bəhs edən "Erməni terroru" sənədli filmi video formasında yerləşdirilib. Bundan başqa, film 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Vilnüsdə keçirilmiş anım mərasimində nümayiş etdirilmişdir. 2009-cu il mayın 3-də Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Almaniyanın Frankfurt şəhərində fəaliyyət göstərən "FOX TÜRK" televiziya kanalında Qarabağ münaqişəsi haqqında 2 saat yarımlıq veriliş yayımlayıb.
Eyni zamanda Avstriya Müdafiə Nazirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə Vyanada Liberal Siyasət üçün Beynəlxalq İnstitutun "Münaqişə Menecmentliyi" layihəsi əsasında Avropada Qarabağ münaqişəsi haqqında yeni nəşr - "Qarabağ müharibəsi: Qafqaz regionunda böhran və münaqişə menecmentliyi" adlı kitab işıq üzü görüb. Həmçinin Estoniyada işıq üzü görmüş "Azərbaycanlılar" kitabının təqdimat mərasimi keçirilib. Bununla yanaşı, Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirib. Vyanada isə almandilli məkanda ən tanınmış tədqiqat mərkəzlərindən biri olan Ludviq Boltzman adına Müharibə Nəticələrinin Tədqiqatı İnstitutunun təşkilatçılığı ilə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində son proseslərə həsr olunmuş elmi-praktik dəyirmi masa keçirilib. Yola saldığımız ildə həmçinin Benilüks ölkələrinin ictimaiyyətinə və siyasi dairələrə daha yaxından və ən əsası ingilis və flamand dillərində çatdırılması məqsədi ilə Benilüks Azərbaycanlıları Konqresi tərəfindən "Azərbaycan İnformasiya Mərkəzi"nin yaradılıb.
-Xarici ölkələrdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi ilə bağlı hansı tədbirlər görülüb?
-2009-cu ildə xarici ölkələrdə yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşdirilməsi, təşkilatlanması istiqamətində işlər davam etdirilib. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilən iclasında qəbul olunarkən təklif edilən əlavə və düzəlişlər nəzərə alınmaqla 2009-cu ildə Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası üzərində iş başa çatdırılıb. 2009-cu il yanvar ayının 12-də Almaniyada yeni diaspor təşkilatı -"Azərbaycanlı Tələbələr və Elmi İşçiləri Birliyi" təsis edilib. Bundan başqa, həmin ayda Stokholmda "Azərbaycan Federasiyası İsveç"in (AFI) XI qurultayı keçirilib. 2009-cu il aprelin 18-də isə Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis konfransı keçirilib. Toplantının yekununda təşkilatın nizamnaməsi səsə qoyularaq qəbul edilmiş, rəhbər orqanlara seçkilər keçirilmişdir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva yekdilliklə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri seçilib. 2009-cu ildə Niderland Krallığının paytaxtı Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin (BAK) II qurultayı da keçirilib. Cari ildə həmçinin Latın Amerikası Azərbaycanlıları Assosiasiyası (LAAA) təsis edilib. Aprel ayında Avropa Azərbaycanlıları Konqresinin III Qurultayı keçirilib. 2009-cu ildə Danimarkanın Kuge şəhərində Azərbaycan və Türk Qadınlar Birliyinin təsis konfransı da baş tutub. May ayının 30-da isə Toronto şəhərində "Kanada Azərbaycan Təşkilatlar Assambleyası"nın I Qurultayı keçirilib. Eyni zamanda bu ilin noyabr ayında Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyinin təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qrupu digər ölkələrdəki qadın təşkilatlarını da bu quruma cəlb edəcək, birliyin konsepsiyasinı hazırlayacaq və 2010-cu ilin birinci yarısında təsis konfransı keçirəcək.
-Valeh müəllim, xarici dövlətlərdə yaşayan soydaşlarımıza qarşı bəzən müəyyən zorakılıqlar və təzyiqlər olur, onlar çətinliklərlə üzləşirlər. Komitə bu sahədə hansı işləri görür?
-Xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqi sahədə qarşılaşdıqları problemin həlli, onların hüquq və azadlıqlarının qorunması, ictimai-siyasi fəallığının artırılması işinə yardım göstərilməsi Dövlət Komitəsinin əsas fəaliyyət sahələrindən biri olub. Komitə bu istiqamətdə hüquqi maarifləndirmə işlərinin aparılmasını davam etdirib. Məsələn, 2009-cu ildə Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində bu ölkəyə emiqrant kimi gəlmiş əcnəbilərin alman cəmiyyətinə inteqrasiyası ilə bağlı tədbir keçirilib. Komitənin əməkdaşları 2009-cu ildə Avropa Parlamentinə keçiriləcək seçkilər ərəfəsində Almaniya Türk Toplumu Almaniyanın aparıcı partiyalarından olan namizədlərlə görüşüblər. Bundan başqa, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (KAD) təşəbbüsü ilə 2009-cu il dekabrın 10-da Berlində Beynəlxalq İnsan Hüquqları gününə həsr olunmuş "Həqiqət barışığa aparan yoldur" adlı "Unudulmuş qurbanlar - Qafqazda yəhudilər və azərbaycanlılar" mövzusunda tədbir keçirilib.
Dövlət Komitəsi soydaşlarımızın daha çox yaşadığı ölkələrin miqrasiya məsələləri və əcnəbilərlə bağlı, habelə vətəndaşlıq statusu haqqında qanunvericilik aktları barədə soydaşlarımızın məlumatlandırılması istiqamətində də müvafiq iş aparır. Hazırda "Xarici ölkələrdə yaşayan azərbaycanlılar nələri bilməlidir?" hüquq-normativ aktlar toplusunun nəşri istiqamətində iş aparılır. Gürcüstanda yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi və azərbaycanlıların hüquqi maarifləndirilməsi məqsədi ilə Marneuli Azərbaycanlıların Mədəniyyət Mərkəzində hüquq şöbəsi yaradılıb. Bu yaxınlarda fəaliyyətə başlamış Gürcüstan Ombudsmanının Marneuli nümayəndəliyi də soydaşlarımızın hüquq və azadlıqlarının qorunması məqsədi ilə yaradılıb. Gələcəkdə azərbaycanlıların kompakt yaşadığı Dmanisi, Bolnisi, Qardabani, Qaraçöp və digər bölgələrdə də hüquq-müdafiə mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, 2009-cu ilin mart ayında Gürcüstanda Azərbaycan İş Adamları və Şirkətlərin İctimai Birliyi (AZEBİ) təsis edilib.
2009-cu ildə Dövlət Komitəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biri də Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası sahəsində mövcud problemlərin aradan qaldırılması olub. Məlum olduğu kimi, 2008-ci ildə Gürcüstanda fəaliyyət göstərən 124 Azərbaycan məktəbinin 50-də "Gürcü dili" kursları açılıb. 2009-cu ildə əlavə olaraq 34 Azərbaycan məktəbində də "Gürcü dili" kursu fəaliyyətə başlayıb. Gələcəkdə "Gürcü dili" kurslarının sayını artırmaqla ibtidai sinif şagirdlərinin də kurslara cəlb olunması nəzərdə tutulur.
- Necə hesab edirsiniz, görülən işlər diaspor və lobbi quruculuğu sahəsində öz mühüm səmərəsini verirmi?
-Əlbəttə, bu sahədə əhəmiyyətli irəliləyişlər müşahidə olunmaqdadır. Bu gün diaspor və lobbi quruculuğunun genişlənməsi Azərbaycanın diaspor təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrin siyasi və dövlət xadimləri ilə əlaqələr qurmasına, qeyri-hökumət təşkilatları, dövlət orqanları ilə əməkdaşlıq yaratmasına səbəb olub. Xarici dövlətlərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının həmin ölkələrin mühüm dövlət orqanları ilə görüşləri intensivləşib. Onlar ölkəmizin mənafeyinə zidd olan addımlara adekvat cavab verməklə mühüm işlər görürlər. Məsələn, 2009-cu il ərzində regionda baş vermiş bir sıra mühüm hadisələr, xüsusilə də Türkiyə və Ermənistan arasında "Diplomatik münasibətlərin qurulmasına" və "İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair" protokolların imzalanması Azərbaycan və Türk diaspor təşkilatları tərəfindən ciddi narahatlıq və etirazla qarşılanıb. Onu da qeyd edim ki, Dövlət Komitəsi Azərbaycan və Türk diaspor təşkilatlarının müraciətlərini nəzərə alaraq, 2009-cu ilin noyabr ayında Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısının keçirilməsi təşəbbüsünü dəstəkləyib və noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərindəki "İnterkontinental" otelində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilib. Bu günlərdə "Freedom House" təşkilatının illik hesabatında Azərbaycanla bağlı qərəzli, qeyri-obyektiv fikirlərin yer alması, habelə təşkilatın hazırladığı xəritədə Dağlıq Qarabağın "mübahisəli ərazi" kimi göstərilməsi Azərbaycan diaspor təşkilatlarının ciddi etirazına səbəb olub və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları bununla əlaqədar "Freedom House" təşkilatının ünvanına etiraz məktubları göndəriblər. Eyni zamanda ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar məbləğində yardım ayırması da Azərbaycan diaspor təşkilatlarının narazılığına səbəb olub. Artıq dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da yaşayan azərbaycanlılar bu məsələ ilə bağlı öz etirazlarını ifadə ediblər. Bütün bunlar onu göstərir ki, Azərbaycan diasporu ölkəmizin milli maraqları ilə bilavasitə bağlı olan məsələlərə daim ciddi, operativ reaksiya verir. Xaricdə yaşayan azərbaycanlılar doğma vətənlərinin milli mənafelərinə xələl gətirə bilən bütün təşəbbüs və cəhdlərə qarşı öz etiraz səslərini ucaldırlar.

Elbrus CƏFƏROV.

çap üçün verisya

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.