Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qanlı Yanvardan 20 il ötdü

16.01.10 - 16:2564 baxılıb

Yusif Bünyadzadə: “Torpaq şəhidləri ilə Vətən olur”

1990-cı il 20 yanvar hadisələrindən artıq nə az, nə çox - 20 il ötür. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqının başına gətirdiyi müsibətlər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlıq, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 20 Yanvar hadisəsi xalqımızın milli-azadlıq hisslərinin güclü olduğunu, Azərbaycanda milli müstəqil dövlət quruculuğu üçün sosial əsasların olduğunu göstərdi. Hər il olduğu kimi, bu il də tarixə qanlı yanvar kimi həkk olunan bu olayla bağlı müxtəlif tədbirlər keçirilməkdədir.
Belə tədbirlərin biri də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında baş tutdu. Tədbirdə iştirak etmiş Respublika 20 Yanvar Fondunun sədri Yusif Bünyadzadə ilə görüşüb bəzi məsələləri onunla araşdırdıq.

- Şəhid ailələrinə göstərilən qayğı və diqqət bu gün hansı səviyyədədir?
- Şəhid ailələri həmişə dövlətin qayğısı və diqqəti ilə əhatə olunublar. Faciə qurbanlarının adının əbədiləşdirilməsi, onların uca tutulması çox yüksək səviyyədədir. Məsələn, Şəhidlər Xiyabanında yenidənqurma işlərinin aparılması, oradakı məqbərənin təmiri buna əyani sübutdur. Digər tərəfdən də bu günlərdə "20 Yanvar" metrostansiyasının yaxınlığında Prezident İlham Əliyevin təşəbbüsü ilə çox böyük bir abidə qoyulub. Bu işlər Nəsimi rayonunda və digər yerlərdə də davam etdirilir. Bu da bütün şəhid ailələri üçün çox yüksək hörmət və qayğının göstəricisidir. Çünki şəhidlərin adınınn əbədiləşdirilməsi hər birimiz üçün əsas şərtdir.
Lakin bununla yanaşı, həmin diqqət və qayğıdan kənar qalanlar da var. 10 ailə vardır ki, yaxınlarına hələ də şəhid adı verilməyib. Çünki onların yaxınları 20 Yanvar faciəsindən 1-5 il sonra dünyalarını dəyişiblər. Həmin şəxslər qanlı faciə gecəsi şəxsi maşınlarında yaralıları daşıyıblar. Özləri də düşmən gülləsinə tuş gəliblər. Lakin müəyyən müddət sağ qalıblar. Həmin yaradan bir neçə il sonra ölüblər. 20 Yanvar qurbanları olmalarına baxmayaraq ölüm şəhadətnamələrində xəstəlikdən vəfat etdikləri qeyd olunub. Təbii ki, indi həmin şəhid ailələri Prezident təqaüdü almırlar. Məsələ dəfələrlə müvafiq instansiyalar qarşısında qaldırılıb, problem hələ də həllini tapmayıb.
- Bu məsələ ətrafında yanvarın 14-də AHİK-də keçirilən görüşdə də söhbət getdi. Konfederasiyanın sədri, millət vəkili cənab Səttar Mehbalıyev söz verdi ki, özü şəxsən onun həlli ilə məşğul olacaq.
- Yeri gəlmişkən, cənab Səttar Mehbalıyev həmişə şəhid ailələrinə diqqət və qayğı ilə yanaşıb. Daim onlarla görüşür, problemləri ilə maraqlanır. İstər konfederasiya səviyyəsində, istərsə də respublika komitələri tərəfindən onlara daim yardım göstərilir. Yəni demək istəyirəm ki, əllərindən gələn kömək və qayğını heç vaxt əsirgəmirlər.
Məhz Səttar müəllim kimi gözəl, millətini sevən insanların köməyi sayəsində şəhid ailələrinin qayğıları 10-15 il əvvələ nisbətən xeyli azalıb. İndi şəhid ailələrinin 20 il əvvəlki problemləri övladlarının, nəvələrinin qayğıları ilə əvəzlənib. Məişət problemləri özünü daha qabarıq göstərməyə başlayıb. Məsələn, övladlarına asanlıqla iş tapa bilmirlər, mənzil almaq çətinləşib. Artıq qayğılar bu istiqamətdə gedir. Mənzil problemi ilə üzləşən şəhid ailələrinin icra hakimiyyəti orqanlarında uçota götürülməsi məsələsində xeyli problemlər yaranıb. Əvvəllər dövlət orqanları dövlətə və bələdiyyələrə məxsus torpaqları onlara verə bilirdilər. İndi isə bu yalnız hərrac yolu ilə həyata keçirilir. Şəhid ailələrinin hərraclarda iştirak etmələri, bu yolla torpaq almaları çətindir.
- Qanlı Yanvar olayları ilə bağlı hansı işləri görməyi planlaşdırırsınız?
- "Şəhidlər" kitabının latın qrafikası ilə çap olunması nəzərdə tutulub. Bu məsələnin artıq maliyyə tərəfi həll olunub. Həmin kitab hadisələrin ən qaynar dövründə yazıldığına görə, bir sıra nöqsanları var. 20 Yanvar faciəsində həlak olanların bəzilərinin adları kitaba salınmayıb, bəzilərinin tərcümeyi-halında müəyyən səhvlərə yol verilib. Bununla yanaşı, kitabın texniki tərəfdən hazırlığı da yüksək səviyyədə deyil. Bütün sadalanan nöqsanlarla əlaqədar kiril qrafikası ilə yazılan həmin kitabı yaxın vaxtlarda latın qrafikası ilə yenidən nəşr etdirməyi düşünürük.
Hüquqları pozulan şəhid ailələrinə lazımi yardımın edilməsi də nəzərdə tutulmuşdur. Bununla bağlı bizim fonda müraciət edənlərin sayı həddindən artıq çoxdur. Onların əsas problemi çox hallarda məsul şəxslərlə göruşə bilməmələri ilə bağlıdır. Bunu bütün müvafiq strukturlara aid etmək olmaz. Məsələn, Nəsimi rayonunda bu iş çox yüksək səviyyədə qurulub. Yasamal rayonunda da onlara çox böyük qayğı və diqqət göstərilir. 1995-ci il yanvarın 20-də ümummilli liderimiz demişdi: "Azərbaycanın istiqlaliyyətinə 20 Yanvar şəhidlərinin qanı hopub".
Vətənin istiqlaliyyətini sevən hər bir kəs heç vaxt 20 Yanvar şəhidlərini unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Çünki torpaq şəhidləri ilə Vətən olur.

Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.