Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 18-də
…Gürcüstana işgüzar səfərə gəlmişdir. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar. …və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər. …və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar. …Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.
iyulun 19-da
…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 20-də
…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar. …,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər. …BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir. …İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 21-də
…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir. …Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. …Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.
iyulun 22-də
…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır. …Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir. …"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qurban Yetirmiş: "Ötən il Xəzər dənizi akvatoriyasının seysmik aktivliyi əhəmiyyətli dərəcədə artıb"
Bu ilin əvvəlindən planetimizdə artıq üçüncü dəfə dağıdıcı zəlzələ olub. İlin əvvəlində Haitidə baş verən zəlzələ nəticəsində 250 min nəfərdən artıq insan dünyasını dəyişdi. Ötən həftə Çilidə baş verən zəlzələ isə 733 insanın həyatına son qoydu. Martın 4-də Tayvanda baş verən 6,4 bal gücündə zəlzələ də dağıntılara səbəb olub. Bu hadisələrdən sonra seysmoloqlar yaxın illərdə seysmik fəallığın artması ilə bağlı maraqlı açıqlama verib. Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, seysmoloq Elçin Xəlilov da dünyada 2010-cu ildən başlayaraq seysmik fəallığın artacağını açıqlayıb.
Hazırda Türkiyədə çalışan alimimizin sözlərinə görə, bu fəallıq 2013-2015-ci ildə yüksək həddə çatacaq. Dünyadakı bütün gərginlik mərkəzləri boşalacaq, bu da dünyanın 80 faizində zəlzələ olacağı deməkdir. İstanbul, İzmir, San-Fransisko, Los-Anceles, Almatı, Meksika kimi şəhərlərdə güclü zəlzələ riski var. Həmçinin Çin, İndoneziya, Yaponiya da risk altındadırlar. Bu arada baş verən yeraltı təkanların təkcə insan tələfatına deyil, həm də planetimizdə müəyyən dəyişikliklər yaratdığı bildirilir. Belə ki, Çilidə baş verən 8,8 bal gücündəki zəlzələnin bir sıra dəyişikliklər yaratdığı barədə məlumatlar səsləndirilir. NASA-nın Reaktiv Hərəkat Laboratoriyasının alimləri belə iddia irəli sürüblər ki, zəlzələ nəticəsində yerdə sutkanın uzunluğu azalıb. Sutkanın 1,26 mikrosaniyə azalması ilə yanaşı, Yer planeti öz oxundan 8 sm tərpənib. Laboratoriyanın mütəxəssisi Riçard Qross bildirib ki, 2004-cü ildə Sumatra adasında baş vermiş zəlzələ və sunami zamanı günün uzunluği 6,8 mikrosaniyə azalmışdı. Həmin vaxt yerin öz oxundan 7 sm tərpənməsi müşahidə olunub. Respublikamız da seysmik zonada yerləşdiyindən Azərbaycanda da 6-8 bal gücündə zəlzələ ehtimalı mümkündür. Bakı Seysmik Stansiyasının rəhbəri Südef Həsənov bu məlumatı inandırıcı saymır: "Belə zəlzələlər nəticəsində yerin quruluşunda çatlar əmələ gələr, relyef də dəyişiklik, müəyyən qalxma, enmə, çevrilmə ola bilər. Amma yerin fırlanma orbitindən tərpənməsi mümkün deyil". Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Mərkəzinin direktor müavini Qurban Yetirmişin sözlərinə görə, Azərbaycanın seysmik davamlığı Rixter cədvəli ilə 9 bal gücündədir: "Yerin ani vaxtda titrəməsi zəlzələdir. Zəlzələ yer daxilində gedən tektonik proseslərin nəticəsində laylarda qırılmalar yaranır. Tektonik zəlzələlər blokların hərəkətiylə qırılmaların təmasında daha intensivləşir. Zəlzələ nəticəsində yerin daxilində olan gərginlik boşalır və bütün bu proseslər nəticəsində toplanılan enerji səthə çıxır. Bununla da yerdəki enerji azalır və yerdəki proseslər normal hala düşür. Azərbaycan Krım-Tatar seysmik qurşağında yerləşir və seysmoaktiv hesab olunur. Həmin qurşaq isə Alp-Himalay seysmik zolağına daxildir. Bu zona dünya üzrə 3 seysmik zolaqlardan biridir. Azərbaycan da Alp-Himalay seysmik zolağında yerləşdiyindən aktiv zona hesab edilir. Son dövrlər Azərbaycanda ən güclü zəlzələ 2000-ci ilin noyabrında baş verib. Zəlzələnin təkanı Bakıda 6,5 bal gücündə olub. Ancaq ocaqda güc daha çox idi. Təxminən episentr dənizdə 7,5 bal gücündə ölçülmüşdür". Q.Yetirmiş hər il ölkəmizdə 1000-dən artıq yeraltı təkanın qeydə alındığını bildirdi: "Bunlar da hamısı ümumi seysmik fond səviyyəsində normal hesab olunur. Yəni aktivləşmə olduğundan güclü zəlzələnin olması ehtimalı azalır. Bu da normal prosesdir. Ölkəmizdə Talış, Böyük və Kiçik Qafqaz, Şamaxı-İsmayıllı, Gəncəbasar, Naxçıvan bölgəsi, Xəzərin şimal-şərqində güclü zəlzələ yataqları var. Bu bölgələr seysmikliyinə görə daha aktivdir". Q.Yetirmişin sözlərinə görə, ötən il Xəzər dənizi akvatoriyasının seysmik aktivliyi əhəmiyyətli dərəcədə artıb: "21 rəqəmsal və 14 analoq seysmik stansiya şəbəkəsi ilə aparılan müşahidələr nəticəsində ötən il Azərbaycan ərazisində 3680 yeraltı təkan qeydə alınıb. Bu təkanlardan 1744-ü yerli, 1936-sı yaxın-uzaq zəlzələlər olub ki, bunlardan da 20-si hiss edilib. Aparılan müşahidələr nəticəsində məlum olub ki, 2008-ci illə müqayisədə ötən ildə baş verən zəlzələlərin sayı artsa da, ayrılmış seysmik enerjinin miqdarı düşüb. Ölkə ərazisində yüksək seysmik zona kimi Böyük Qafqazın cənub-şərq yamacı, xüsusilə Şamaxı-İsmayıllı rayonları seysmoaktiv ərazilər kimi qeydə alınıb. Kür çökəkliyinin Mingəçevir su anbarını əhatə edən hissəsində də 2008-ci illə müqayisədə seysmik aktivliyin artması, Şamaxıdan cənuba doğru, Cəlilabad və Hacıqabul rayonlarında isə zəlzələlərin episentrlərinin sıxılması müşahidə olunub. 2009-cu ildə ən yüksək gərginlik-deformasiya vəziyyətinə Şamaxı, Şəki, İsmayıllı seysmogen zonalarında və Aydınbulaq-Ağdaş ərazilərində rast gəlinib. Dağ süxurları kütlələrinin paylanması prosesi kifayət qədər yavaş gedir, buna görə də bu ərazilər 2010-cu ildə seysmik cəhətdən yüksək təhlükəli ərazilər olacaq". Xalid AZƏR.
Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?
Mirzə QƏHRƏMANOV, Naxçıvan şəhəri.
- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.