Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

Aliment Fondu köməksiz qalan qadın və uşaqların müdafiəsini təmin edə bilər

27.05.11 - 12:58277 baxılıb

Əliməmməd Nuriyev:"Məhkəmə qərarlarının icra edilməsi mümkün olmadığı təqdirdə bu vəsait dövlət tərəfindən ödənilə bilər"

Teymur Mirzəyev:"Sonradan dövlət həmin vətəndaşdan aliment kimi ödənilən vəsaiti alaraq dövlət büdcəsinə qaytara bilər"

Azərbaycanda uzun illərdir mövcud olan ailə institutunun yavaş-yavaş dağılması ilə bağlı tez-tez fikirlər səsləndirilir. Əvvəllər çox az hallarda rast gəlinən boşanmalar son illər artmaqda davam edir. Bir çox hallarda gənclər evlilikdən sonra real həyatın xəyallar aləmindəki qədər gözəl və şirin röya olmadığını başa düşür və rastlaşdıqları problemlərdən çıxış yolunu boşanmaqda görürlər. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin birinci rübündə ölkə əhalisinin sayı 9.136,7 min nəfərə çatıb. Ölkə əhalisinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar, 31,4 faizini gənclər təşkil edir. İlin əvvəlindən rəsmi dövlət orqanları tərəfindən ölkədə 15,7 min nikah və 2,3 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə 2010-cu ilin birinci rübünə nisbətən nikahların sayı 6,7 faizdən 7,1 faizə qədər, boşanmaların sayı isə 0,9 faizdən 1 faizə qədər artıb. Orta hesabla hər il Azərbaycanda bağlanan nikahlardan təxminən 8-10 faizi boşanır. Amma qurulan ailələrin heç də hamısının rəsmi nikaha daxil olmaması, molla kəbini ilə yaşayanları nəzərə alsaq, bu rəqəm yəqin ki, daha çox olar. Bu gün məhkəmə yolu ilə boşanma zamanı da qarşılaşılan əsas problemlərdən biri alimentlə bağlı olur. Məhkəmə orqanları əksər hallarda qadınların xeyrinə qərar çıxarırlar. Bu gün alimentin tutulması üçün isə iki forma var: məhkəmə stabil məbləğdə aliment təyin edir, ödəyicinin əməkhaqqından müəyyən faiz tutmaqla aliment kəsir. Aliment təyin edilərkən yalnız ailədəki uşaqlar deyil, həmçinin onun həyat yoldaşı da nəzərə alınır. Amma kişilərin əməkhaqqı leqal olmayanda təyin edilən alimentin ödənilməsi problemə çevrilir. Hüquqlarını bərpa etməkdə çətinlik çəkən qadınlar isə kimdən və necə kömək alacaqlarını belə bilmirlər. Respublikamızda bu problemlə üzləşənlərin sayı yüzlərlədir. Ən acınacaqlı hal isə odur ki, boşandıqdan sonra "ata" uşaqlarının taleyi ilə maraqlanmaq istəmir. Hətta məhkəmənin təyin etdiyi cüzi miqdarda aliment belə ödənilmir. Halbuki həmin pulla nəinki uşağın biraylıq, heç birgünlük qidasını almaq belə mümkün deyil.
Bu günlərdə parlamentin iclasında aliment fondunun yaradılması ilə bağlı səsləndirilən təklif ekspertlər tərəfindən də dəstəklənir. Aliment borclarının qaytarılması prosesində dönüş yaratmaq üçün formalaşdırılan Aliment Fonduna dövlət büdcəsindən vəsait ayrılacaq. Eyni zamanda Fonda aliment verməkdən yayınan insanı axtarmaq, iş yerlərində yoxlama aparmaq, ondan alimenti almaq kimi geniş səlahiyyətlər verilə bilər. Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev də hesab edir ki, istənilən halda dövlət vətəndaşı qorumağa borcludur: "Bəzən qanun məhkəmə qərarlarının tam həcmdə həyata keçirilməsinə imkan vermir. Bir çox hallarda isə qərarların icrasının təmin edilməsinə tərəflərin özləri mane olurlar. Bir tərəf onun icrasını tələb etdiyi halda, digər tərəf qərarın icrasını gecikdirməyə çalışır. Hesab edirəm ki, cavabdeh tərəfin tapılmadığı və məhkəmə qərarlarının icra edilməsi mümkün olmadığı təqdirdə aliment sözügedən fonddan ödənilə bilər. Cavabdeh tapıldıqda isə həmin pul ondan tutulur.
Hüquqşünas Teymur Mirzəyev də problemin həlli üçün dövlət tərəfindən maliyyələşən fondun yaradılmasını vacib sayır: "Bir çox hallarda həmin qərarların icra edilməməsinə səbəb kimi cavabdehin işləməməsi, əmlakının olmaması göstərilir. Bəzən isə vətəndaşın rəsmi iş yeri olmadığından gəlirlər gizlədilir. Bütün bu problemin yoluna qoyulması üçün dövlət büdcəsindən maliyyələşən fondun yaradılması vacibdir. Sonradan isə dövlət həmin vətəndaşdan aliment kimi ödənilən vəsaiti alaraq büdcəsinə qaytara bilər".

X.AZƏR.

çap üçün verisya

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.