Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(avqustun 30-da)
... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır.
… Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.

(avqustun 31-də)
… Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.

(sentyabrın 1-də)
… və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.

(sentyabrın 2-də)
… və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.

(sentyabrın 3-də)
… və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır.
… və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.

ÖLKƏMİZDƏ İNTERNET RESURSU NECƏ İNKİŞAF EDİB?

15.09.07 - 9:01592 baxılıb

İNTERNETDƏN AZƏRBAYCANLA BAĞLI CİDDİ, DOLĞUN, OPERATİV İNFORMASİYA ALMAQ ÇƏTİNDİR

"İnformasiya əldə etmək" haqqında Qanuna əsasən, ictimaiyyət cəmiyyətdə baş verən bütün prosesləri izləmək hüququna malik olmalıdır. Kütləvi informasiya vasitələri və jurnalistlər isə bu məsələdə onlara kömək göstərməlidir. Dövrünə uyğun olaraq yazılı və elektron KİV-lər bu missiyanı yerinə yetiriblər. Yaşadığımız XXI əsrdə isə müasir informasiya mənbələri mövcuddur ki, bu da internet resurslarıdır. İnformasiya texnologiyalarının inkişaf etdiyi bir dönəmdə artıq internet resursları digər KİV-ləri arxada qoyur. Lakin ayrı-ayrı dövlət orqanları, bələdiyyələr, yazılı KİV-lərin heç də hamısının internet səhifələri ya yoxdur, ya da vaxtaşırı olaraq təzələnmir. Bu mənada ölkə telekanallarının internet resurslarının hansı səviyyədə olmasına və ya ümumiyyətlə, fəaliyyət göstərib - göstərməməsini aydınlaşdırmağa çalışdıq.
Bununla bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, fəaliyyət göstərən 5 yerli telekanaldan ikisinin, ümumiyyətlə, internet resursu yoxdur. Az.TV-nin (www.aztv.az), ANS-in (www.ans.az), İctimai Televiziyanın (www.itv.az) saytı fəaliyyət göstərir. Yalnız "Space" və "Azad Azərbaycan" (ATV) telekanalının internet resursu yoxdur. "Space"dən hansı səbəbə internet səhifəsinin olmamasını öyrənmək istəsək də, hər zaman olduğu kimi, bu telekanaldan suallarımıza cavab ala bilmədik. ATV-dən isə bu yaxınlarda saytın yaradılacağı bildirildi. Ekspertlər isə fəaliyyət göstərən saytların da yetərincə hazırlanmadığı qənaətindədir. Telekanallardan isə bildirilir ki, standartlara cavab verən resurs yaratmaq üçün yetərincə maddi vəsait lazımdır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bunun üçün elə də ciddi xərc tələb olunmadığını bildirir: "Böyük şirkətlərin fövqündə internet səhifəsinin yaradılması və ona çəkiləcək xərc elə də böyük vəsait tələb etmir. Yəni bir internet resursunun yaradılması, onun yerləşdirilməsi, ona DOMEN-in alınması lazımdır. İnternet saytı açmaq üçün bir neçə şərt var. Birincisi, onu yaratmaq, ikincisi, doldurmaq, üçüncüsü isə, onu yerləşdirmək. Bunun üçün də böyük vəsait tələb olunmur Sadəcə, bu internet saytının arxasında kimin durub onu yerləşdirməsi vacibdir.
Bir internet resursunu yaradarkən komanda lazımdır ki, onu idarə etsin, informasiyaları yerləşdirsin. Çoxları isə buna getmir. Ona görə də görürsən ki, kimsə saytı açır, geniş təqdimat keçirir, amma saytda çalışanlara vəsait ayrılmır və tezliklə də fəaliyyəti dayanır. Sözsüz ki, sayt yenilənməsə, onu heç kim oxumayacaq. Mən ANS-in və İTV-nin resurslarına baxıram. Bu telekanallarda xəbərlər daim yenilənir".
İnternet resursun vacibliyini vurğulayan ekspert bir məqamı da xatırlatdı: "Xatırlayırsınızsa, ANS-in bir müddət dayandırılması prosesi getdi. Onda telekanal əməkdaşları məndən müsahibə götürəndə təəccübləndim. Sonradan bildim ki, jurnalistlər kanal olmasa belə, internet resursu üçün çalışırlar. Doğurdan da, o vaxt ANS-in tamaşaçıları, kimin internet imkanı varsa, onların internet resursuna baxırdılar. Və bütün məlumatları əldə edirdilər. Həmin internet səhifəsi vaxt etibarilə böyük rol oynadı. Deməli, bu təcrübə göstərir ki, bura vəsait qoymaq boş yerə deyil".
Ekspertin sözlərinə görə, xarici ölkələrdə telekanallarla bərabər ənənəvi çıxan qəzetlərin də internet resursları var: "Bəzən onların internet resursu qəzetin özündən məşhur olur".
İREX-in hüquqşünası Media Hüququ İnstitutunun həmtəsisçisi Ələsgər Məmmədli isə bu məsələdə maddi vəsaitin o qədər də önəm kəsb etmədiyni vurğulayır: "Həmin kanalların bir dəqiqəlik reklamının pulu bir aylıq internet səhifəsi saxlamasına sərf edilə bilər. Burda işin qurulması, işə yanaşılma vacibdir. İTV-də və Az.TV-də bu problemlər həll olunub. Ümumiyyətlə, KİV-lər özləri informasiyanın toplanması, çatdırılmasında maraqlı olmalıdır. Bu baxımdan Azərbaycanda telekanallar misli bərabəri olmadan geri qalırlar. Onlar nə müntəzəm informasiyanı təmin edə bilir, nə də yayım təşkil edə bilirlər.
Məsələn, mən istənilən xarici ölkənin telekanallarını internetlə izləyirəm. Çünki onlar bunu, sadəcə, bir ictimai xidmət olaraq başa düşürlər, özlərinin reytinqi olaraq edirlər. Bizdə isə reytinq dərdi yoxdur, bazarı 2-3 telekanal arasında bölüşdürürlər. Bazara başqalarını buraxmırlar. Bundan dolayı da onların reytinqə, reklama ehtiyacları yoxdur, onlar bildikləri kimi yox, bilmədikləri kimi işləməkdə davam edirlər. Bu işi görməyə vəsait ayırmaq istəmirlər. Məsələn, mən Türkiyədə baş verən seçki proseslərini internetlə izlədim. Təəssüf ki, Azərbaycanda bunu etmək olmur.
Biz internetlə dünyanın ən ucqar yerindən informasiya ala bilərik, amma Azərbaycanla bağlı ciddi, dolğun, operativ informasiya ala bilmirik. Ən azı gecikmiş informasiyaları görə bilirik. Yalnız agentliklər tərəfindən müəyyən məlumatlar verilir. Həmin yazılar da çox quru xəbər olur, konkret olaraq nə şəkil, nə də görüntü var. Ümumiyyətlə, internetdən Azərbaycanla bağlı geniş şəkildə əhatəli informasiya ala bilmirik. Çünki birinci problem informasiyaya çatım məsələdir, bizdə isə informasiyaya çıxış yoxdur. İnformasiya alınacaq yerlərə süni maneələr yaradılır. Digər tərəfdən, bu xidməti təqdim edənlər məlumatı dolğun işləyib hazırlamırlar".

çap üçün verisya

Axtarish sistemi

  


« September 2010
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Advokat

Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.

Elza HƏSƏNOVA,
Samux rayonu.

- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər.
Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.