Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

martın 1-də

… Dövlət Teleqraf Agentliyinin-AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir.
… Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması ilə əlaqədar Sərəncam imzalamışdır.

martın 2-də

… Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul etmişdir.
… Avropa Xalq Partiyasının prezidenti Vilfred Martinsi qəbul etmişdir.
… Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini və Avropa Komissiyası vitse-prezidentinin adından, Avropa İttifaqına növbəti sədrlik edən dövlətin - İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Migel Angel Moratinosun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

martın 3-də

… Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi, nazirin müavini Ed Kroninburqun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pedro O. Çanın, İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Rasselin, Liviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad Mustafa Mucbirin və Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberg Mikkelsenin etibarnamələrini qəbul etmişdir.

martın 4-də

… Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin maddi texniki bazasının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan müasir təcili tibbi yardım avtomobillərinin alınması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 7,0 (yeddi) milyon manat vəsait ayrılacaq.

Yeni il şənliklərinin təşkili mütəxəssislərə tapşırılmalıdır

06.02.10 - 20:4328 baxılıb

AHİK-in mütəxəssisləri Yeni il şənliklərinin təşkili ilə əlaqədar təhlillər aparmışdır. Təhlildən əldə olunan nəticəni oxucularımızın diqqətinə çatdırırıq.

H.Əliyev adına Respublika Sarayında uşaqlar üçün təntənəli konsert proqramı hazırlanmışdı. Səhnə çox gözəl tərtib edilmişdi. İşıq effektləri sayəsində sanki qar yağır, qış mənzərəsi canlanırdı. Uşaqlar elə bil nağıllar aləminə düşmüşdülər. Bu proqramda hansı personajlar yox idi?... pələng, dovşan, bazilio, itlər, keçilər (şəngülüm, şüngülüm, məngülüm), çəkməli pişik, şimal ayıları, pinqvinlər, Şrek, Cırtdan, şən klounlar və s. Milli rəqslər, xoreoqrafiya və bal rəqsləri, jonqlyorlar bir-birini əvəz edirdi.
Təqdirəlayiqdir ki, bu təntənəli Yeni il şənliyinə həmkarlar ittifaqlarının özfəaliyyət kollektivlərindən neftçilərin Suraxanıdakı S.Bəhlulzadə adına Mədəniyyət Sarayının "Şənlik" rəqs kollektivi və "Xidmət-İş" Hİ Federasiyası Mədəniyyət Sarayının "Çiçəyim" Uşaq Teatrı da öz maraqlı proqramları ilə qoşulmuşdular. Elə nağıl qəhrəmanlarının əksəriyyəti "Çiçəyim" uşaq teatrının gənc aktyorları idi.
Sevindirici haldır ki, respublikanın ən böyük konsert salonunda təşkil edilmiş bu maraqlı proqramın ssenaristi və quruluşçu -rejissoru "Çiçəyim" Uşaq Teatrının bədii rəhbəri Rəna Kərimova, rəqslərin əksəriyyətinin quruluşçusu isə "Şənlik" rəqs kollektivinin rəhbəri Lalə İbrahimova olmuşdur. Həmkarlar ittifaqlarının belə bacarıqlı və təcrübəli mədəniyyət işçilərini qiymətləndirmək və gələjəkdə əlamətdar tədbirlərdə onlardan istifadə etmək lazımdır.
Neftçilərin A.İsgəndərov və Q.Abbasov adına mədəniyyət saraylarında keçirilən yolka şənlikləri də çox maraqlı idi. Hər iki sarayın bədii tərtibatı yaxşı idi. Bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə keçirilən şənliklər həm uşaqlar, həm də valideynlər tərəfindən maraqla qarşılanırdı. Kütləvi işçilərin geyimləri, ifa etdikləri mahnılar, rəqslər Yeni il proqramına uyğun idi.
Neft Şirkəti Departamentinin Sosial İnkişaf İdarəsi tərəfindən şənliklərə nəzarət olunmuş, bütün mədəniyyət saraylarına tibb işçiləri təhkim etmişdi. Bütün bunlarla yanaşı, şənliklərin keçirilməsində bir çox nöqsanlar aşkara çıxarıldı. Bədii tərtibat, xüsusən Əl Oyunları İdman Sarayında qənaətbəxş deyildi.
Özəl təşkilatlar hiss olunurdu ki, uşaq tədbirlərinin xüsusiyyətlərini bilmirlər. Bu, ssenarilərin tərtibatında da hiss olunurdu. Məsələn, İdman Sarayında Yeni il, Şaxta baba mövzusunda deyil, daha çox toy havaları, "Araxçının məndədir, qara xal yar" kimi xalq mahnıları ifa olunurdu. Yolkanın işıqlarını yandıranda isə "Sevgilimsən maral kimi, süzməyi kimdən öyrəndin" mahnısı səsləndi.
Mədəni-kütləvi tədbirlər uşaqları əyləndirməklə yanaşı, həm də tərbiyə etməlidir. Əl Oyunları İdman Sarayında isə klounlar uşaqlara belə tapmacalar söyləyirdilər: "Aləmi bəzər, özü lüt gəzər. Bu hansı müğənnidir?-Röya!" və yaxud "Saqqalı uzun uzanar, oxuya-oxuya pullanar.-Faiq!". Bu cür tapmacalar nəinki uşaqların intellektual səviyyəsini artırar, əksinə, daha da korlayır.
Texniki Universitetin idman zalında keçirilən şənliklərdə aktyorlar özləri daha çox əylənir, uşaqlar isə passiv seyrçiyə çevrilirdilər.
Özəl təşkilatların keçirdikləri şənliklərdə heç bir tibbi xidmət, səhiyyə nəzarəti yox idi. Kütləvi işçilərin geyimləri də uşaq tədbirinə uyğun deyildi.
Səsgücləndirici aparaturalardan qeyri-peşəkar istifadə ona gətirib çıxarırdı ki, çıxış edənlərin istifadə etmək bacarığı da böyük sözlərini başa düşmək olmurdu.
Yeni il şənliklərinə qazanc mənbəyi kimi baxan özəl təşkilatlar seanslara həddindən artıq çox bilet satdıqlarına görə nə kütləvi işçilər işləyə bilir, nə də uşaqlar əylənə bilirdilər. Valideynlər isə uşaqlarını itirməkdən qorxurdular. Ona görə də körpələri qucaqlarına götürərək yolka ətrafına toplaşırdılar. Bu da xaos yaranmasına səbəb olurdu.
Qarşıda uşaqları yaz tətili günlərində Novruz şənlikləri gözləyir. Artıq Novruz şənliklərinə hazırlıq işləri gedir. Tövsiyə edərdik ki, sahə həmkarlar ittifaqı təşkilatları öz üzvlərinin uşaqları üçün şənliklərə bilet alarkən həmin tədbirlərin ssenarisinin məzmunu ilə əvvəlcədən tanış olsun.
Hər bir işin öz mütəxəssisi olduğu kimi, kütləvi şənliklərin keçirilməsi ilə də mədəniyyət işçiləri məşğul olmalıdır. Yaxşı olardı ki, sahə həmkarlar ittifaqları gələcəkdə uşaq şənlikləri ilə əlaqədar özəl təşkilatlara deyil, mədəni-maarif müəssisələrinə müraciət etsinlər.

AHİK-in zəhmətkeşlərin
mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsi.

çap üçün verisya

Axtarish sistemi

  


« March 2010
Mo Tu We Th Fr Sa Su
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Advokat

- Səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) əmək fəaliyyəti ilə məşğul olan işçilərin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?

Qənimət HÜSEYNOV,
Hacıqabul rayonu.


- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 37-ci bölməsinin113-125-ci bəndlərinə əsasən, səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) şübhəli, yaxud yoluxucu materiallarla bilavasitə və yaxud onlarla əlaqəsi olan işlərdə və xüsusi təhlükəli infeksiyalar üzrə yoluxucu otaqlarda (bokslarda), eləcə də bakterioloji preparatların istehsalında işləyən işçilərin:
o Avtoklavçının 18 təqvim günü,
o Sterilizasiya aparatçısının 18 təqvim günü,
o Baytar həkiminin 24 təqvim günü,
o Həkim, zooloq və entomoloqun 24 təqvim günü,
o Müəssisə direktoru (rəisi) və onun elmi işlər, istehsalat üzrə müavininin 24 təqvim günü, laboratoriyanın və şöbənin (bölmənin) müdirinin 24 təqvim günü,
o Təlimatçı- dezinfektorun və laborantın 18 təqvim günü,
o Kiçik tibbi heyətin və tauna qarşı müəssisənin digər işçilərinin 6 təqvim günü,
o Elmi işçinin və texniki rəhbərin 24 təqvim günü, preparatorun 18 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.