Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(avqustun 16-da)

…Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gülü qarşılamışdır.
…Türkiyə Prezidenti Abdullah Güllə təkbətək görüşmüşdür.
…Azərbaycan Respublikası Prezidentinin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə iştirak etmişdir.
…və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" imzalamışlar.
…və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur.
…"Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə iştirak etmiş və nitq söyləmişdir.

Sıralarımızı necə genişləndirə bilərik?

06.02.10 - 20:4674 baxılıb

"Xidmət-İş" Hİ Federasiyası keçirdiyi növbəti seminarda bu suala cavab tapmağa çalışdı

Bu günlərdə "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası "Həmkarlar ittifaqları üzvlüyünə cəlbetmə prosesində motivasiyanın təsiri və bu istiqamətdə sahə həmkarlar ittifaqının rolu" mövzusunda seminar keçirdi. 30 nəfər həmkarlar ittifaqı fəalının qatıldığı tədbirdə Federasiyanın prezidenti İlyas Əliyev geniş məruzə ilə çıxış etdi. O bildirdi ki, AHİK-in II Məclisində həmkarlar ittifaqlarının sıralarını genişləndirmək istiqamətində fəaliyyətlərini artırmaq məsələsi çox ciddi qoyulmuşdur.

Məclisin bu tapşırığını həyata keçirmək üçün kifayət qədər imkanlarımız var. Təşkilatlanma sahəsində böyük təcrübə toplamışıq. İnsanlarla ünsiyyət qurmağı bacaran kifayət qədər kadr potensialına malikik. Məhz bütün bunların hesabına biz hər il təşkilatlarımızın, üzvlərimizin sayını artıra bilirik.
İlyas müəllim onu da diqqətə çatdırdı ki, biz daha yaxşı nəticələr əldə etməyə qadirik. Çünki xidmətimizdə olan sahədə çoxlu sayda insan işləyən müəssisələr var ki, orada həmkarlar ittifaqı təşkilatı yoxdur.
İ. Əliyev sözügedən mövzu çərçivəsində iştirakçılara, onların timsalında komitə sədrlərinə bəzi tövsiyələrini verdi, iradlarını, təkliflərini çatdırdı.
Tədbirdə Federasiyanın vitse-prezidentləri S. Tahirovanın, S. İsmayılovun, təşkilat şöbəsinin müdiri R. Eyubovanın, baş texniki əmək müfəttişi R. Məmmədovun çıxışları dinlənildi.
Sonra fikir mübadiləsinə başlanıldı. Gəncə şəhər, Binəqədi, İmişli, Qəbələ, Salyan rayon komitələrinin HİK sədrləri yeni üzvlərin cəlb olunması sahəsində qazandıqları uğurlardan, üzləşdikləri çətinliklərdən və gələcək planlarından söhbət açdılar.
Qeyd olundu ki, seminarda deyilənlər yerlərdə geniş müzakirə mövzusu olsun, hər bir komitə təşkilatın boy artımına, üzvlük haqlarının toplanmasına işinin prioritet cəhəti kimi yanaşsın.

çap üçün verisya

Axtarish sistemi

  


« September 2010
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Advokat

Sosial müavinətlərin növləri barədə məlumat verməyinizi xahiş edirəm.

Oruc MUSAYEV,
Şirvan şəhəri.

- 7 fevral 2006 - cı il tarixli "Sosial müavinətlər haqqında" qanunun 4- cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müavinətlərin aşağıdakı növləri nəzərdə tutulmuşdur:
o aylıq müavinət
o dövlət qulluqçularına ömürlük müavinət
o yaşa görə müavinət
o əlilliyə görə müavinət
o 16 yaşadək əlil uşaqlara müavinət
o ailə başçısını itirməyə görə müavinət
o AR Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət.
o 3 yaşadək uşağa qulluğa görə müavinət
o müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərin 16 yaşadək (ümumtəhsil müəsissələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət
o valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət.
o bir yaşadək uşağı olan aztəminatlı ailələrə müavinət
o birdəfəlik müavinətlər
o radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət.
o uşağın anadan olmasına görə müavinət.
o dəfn üçün müavinət.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.