Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(avqustun 30-da)
... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır.
… Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.

(avqustun 31-də)
… Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.

(sentyabrın 1-də)
… və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.

(sentyabrın 2-də)
… və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.

(sentyabrın 3-də)
… və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır.
… və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.

Məktəblər dərs ilinə hazırdırmı?

07.09.10 - 16:276 baxılıb

Təhsil müəssisələrinin bir çoxunda
istilik, su təminatı və digər kommunal xidmətlər həll edilməyib

Yeni tədris ilinin başlanmasına az bir müddət qalsa da, orta məktəblərin bir çoxu yenə də əvvəlki kimi təmirsiz və köhnə texniki görkəmlə fəaliyyətə başlayacaq. Təhsil Nazirliyinin İqtisadiyyat Şöbəsinin müdiri Şahrza Əliyev bildirib ki, 2010-2011-ci tədris ilində 200-ə yaxın məktəb tikilərək və yaxud əsaslı təmir edilərək istifadəyə veriləcək. Eyni zamanda bir çox məktəbin maddi-texniki bazası yaxşılaşdırılacaq. Şöbə müdiri tədris müəssisələrinin yeniləşməsi üçün bir sıra tədbirlərin görüldüyünü bildirsə də, məktəblərin təmir və bərpası ilə bağlı çoxlu problemlərin olmasını da etiraf edib. Xüsusilə də rayon yerlərindəki məktəblərin əksəriyyətinin təmirə ehtiyacı var. Qeyd edək ki, hazırda ölkəmizdə Təhsil Nazirliyinin tabeliyində olan 4525 ümumi məktəb fəaliyyət göstərir.


Gənclərə nümunə

07.09.10 - 16:194 baxılıb

Ahıl çağında da yenilik həvəsi bitmir

Akif Muxtarov ömrü boyu axtarışda olan, yenilik həvəsi ilə yaşayan insanlardandır. Nə yaşadığı uzun illər, nə həyatın keşməkeşləri onu bu hisslərindən məhrum edib. Akif müəllim 1953-cü ildə Politexnik İnstitutunu bitirib təyinatla Avtonəqliyyat Nazirliyinin sərəncamına göndərilir.


Minimum əməkhaqqı və pensiya artırıldı

07.09.10 - 15:574 baxılıb

Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı. Bu haqda Prezident İlham Əliyevin avqustun 31-də imzaladığı sərəncamda deyilir.
Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilir.
Ölkə başçısının digər sərəncamı ilə isə əmək pensiyalarının baza hissəsi artırılıb. Sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilir.
Dövlət Sosial Müdafiə Fonduna tapşırılır ki, qanunvericiliklə müəyyən olunmuş müvafiq hallarda Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanmasını təmin etsin.


Alverçilər istehsalçını bazara buraxmır

24.08.10 - 10:2811 baxılıb

Sabir Vəliyev: "Həmin adamlar məhsulu ucuz qiymətə alır və bazarda qat-qat baha qiymətə satır"

"İstehsaldan başlayaraq malın mağazalara daxil olmasınadək nəzarət sistemi bir qurumda cəmləşməlidir"

Paytaxtla bölgələrdə satılan kənd təsərrüfatı məhsullarının qiyməti bir-birindən 4-5 dəfə fərqlənir. Aparılan araşdırmalar göstərir ki, əsasən meyvə və tərəvəz istehlakçıya Bakıda maya dəyərindən qat-qat baha təklif olunur. Bunun da əsas səbəblərindən birinin həmin məhsulları paytaxta gətirən istehsalçıların müxtəlif maneələrlə qarşılaşması olduğu bildirilir.


Pulu olmayanlar Xəzər sahilindəki çimərliklərin əksərindən istifadə edə bilmir

24.08.10 - 10:2612 baxılıb

Müzəffər Baxışov: "Yalnız göstərilən xidmətlə bağlı bu və ya digər şəxslərdən pul tələb edilə bilər"

Bu il paytaxt sakinlərinin rastlaşdıqları problemlərə biri də əlavə olunub. Yay mövsümündə istirahət üçün ölkə xaricinə, o cümlədən respublikanın istirahət mərkəzlərinə gedə bilməyən əksər sakinlər çimərliklərə üz tuturdu. Amma bu il həmin ünvanlarda da paytaxt sakinlərinin yolları bağlanıb desək yanılmarıq. Əksər çimərliklərə giriş pullu olduğundan vətəndaşlar həmin yerlərdə istirahət edə bilməyib.


“Dəmir yolunun tarifləri sahənin rentabelli işləməsinə imkan vermir"

06.08.10 - 12:4856 baxılıb

Qonşu ölkələrdə olduğu kimi, elektoron biletlərin satışının tətbiqi vacibdir

“Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişindaşımada qiymətlərin qaldırılmasına dair Tarif Şurasına (TŞ) rəsmi təklif göndərib. Nəzərə çatdıraq ki, QSC rəhbərliyi hələ ötən ildən dəmiryolunda qiymətlərin artırılması üçün TŞ-yə müraciət ünvanlayıb. Sadəcə o zaman əhaliyə satılan qazın və metrodan istifadə haqlarının bahalaşdırılması gündəmdə olduğundan "Azərbaycan Dəmir Yolları"nın müraciətinə müsbət cavab verilməyib.
Məlumat üçün bildirək ki, dəmiryolu ölkədə ən ucuz nəqliyyat vasitəsi hesab olunur. Belə ki, hazırda dəmiryolunda biletin orta qiyməti 3,5 manatdır (4,3 dollar). Avtomobil nəqliyyatında isə bir sərnişinin daşınması 8-10 manata başa gəlir.


Paytaxtda günvurma halları çoxalıb

23.07.10 - 14:0343 baxılıb

Həkimlər avqustun sonuna kimi səhhətində problemi olan insanları ehtiyatlı olmağa çağırır

İyul ayında şiddətli istilərin müşahidə olunması səhhətində problemləri olan insanların sağlamlığına öz mənfi təsirini göstərməkdədir. Xüsusilə də metereohəssas insanlar özlərini narahat hiss etməyə başlayırlar. Eyni zamanda qızmar günəş şüaları altında günorta saatlarında dayanan sağlam insanların da səhhətində müəyyən fəsadlar yaranır. İyul ayının 7-dən havanın temperaturunun daha da kəskinləşməsi isə insanlar arasında günvurma hallarının artmasına səbəb olub. İndiyədək təkcə paytaxtda 80-dən çox insan günvurma diaqnozu ilə həkimə müraciət edib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının məlumatına görə, onların təxminən 20-sinin səhhətində ağırlaşma müşayiət edildiyinə görə, xəstəxanada yerləşdiriliblər.


Uşaqlar arasında intihar halları artır

23.07.10 - 14:0222 baxılıb


Temperatur 40 dərəcəni ötərsə...

09.07.10 - 17:46254 baxılıb

…İş dayandırıla bilərmi?

Yaxın günlərdə havanın temperaturunun 40 dərəcə selsini ötəcəyi xəbəri insanlar arasında əsl təşvişə səbəb olub. Yay mövsümü başlayandan bəri 42 nəfərin günvurma şikayəti ilə əlaqədar həkimə müraciət etməsi bu təşvişin əsassız olmadığından xəbər verir. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin operativ işlər üzrə müavini Rauf Nağıyevin kütləvi informasiya vasitələrinə verdiyi məlumata görə, günvurma ilə bağlı müraciət edənlərin 12 nəfəri xəstəxanaya yerləşdirilib. R.Nağıyev günvurma hallarının ən çox gənclər və uşaqlar arasında baş verdiyini qeyd edib. Yaşlılar arasında isə bu mövsümdə günvurma halı müşahidə olunmayıb.


Uşaqların istirahəti diqqət mərkəzində

29.06.10 - 10:3260 baxılıb

Uşaqlar bizim gələcəyimizdir. Onların təhsili, sağlamlığı önəmli olduğundan dövlətimiz tərəfindən həmişə diqqət mərkəzində saxlanılır.

Yaxşı təhsil almaq üçün uşaqlar yaxşı da istirahət etməlidirlər. AHİK-in Maliyyə Şöbəsinin müdir müavini Elşən Süleymanov bildirdi ki, bu mövsüm 3 növbəli 4 yay istirahət düşərgəsi fəaliyyət göstərir.
Nabranda Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 2, "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının 1 düşərgəsi təşkil edilib.


Turistlərin darıxmağa vaxtı qalmayacaq

21.06.10 - 10:3840 baxılıb

Qışın qurtarmasını həsrətlə gözləyirdik. "Bircə yay gəlsəydi canımız qızardı", -deyirdik. Bu da yay. Günəşin istisindən başımızı evdən bayıra çıxarmağa qorxuruq. Hamımız meşə, dəniz həsrəti ilə dincəlməyə məkan axtarırıq. Xüsusilə paytaxt sakinləri üçün ən münasib istirahət zonası Nabran sayılır.

Nabranda da, digər turizm şirkətlərinin sahibkarları inciməsin, cibə ən uyğunu həmkarlar ittifaqlarının istirahət bazalarıdır.
Cibə uyğun deyəndə, bəziləri düşünə bilər ki, necə deyərlər, "ucuz ətin şorbası olmur". Yox, həmkarlar ittifaqları işçilərin təşkilatı olduğuna görə, yollayışları da üzvlərinə minimum qiymətlə satmağı missiya borcu bilir. Biz oxuculara təqdim etdiyimiz materialı reklam xatirinə yazmadıq. Sadəcə, həmkarlar ittifaqlarının Nabrandakı istirahət ocaqlarına getməyi planlaşdıran insanları onları orada nələr gözlədiyi barədə məlumatlandırmaq istədik.


Dövlət büdcəsi ilə bağlı dəyişikliklər iyunda müzakirə edilə bilər

09.06.10 - 12:23146 baxılıb

Milli Məclisin yaz sessiyası başa çatsa da, deputatlar iyun ayında növbədənkənar sessiya çağırıblar. Artıq sessiyada müzakirə ediləcək məsələlərdən biri məlumdur. Parlament çoxdandır gözlənilən Hərbi Doktrina layihəsini müzakirəyə çıxarmağa hazırlaşır.

İyunda keçirilməsi nəzərdə tutulan növbədənkənar sessiyada 2010-cu ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı məsələ də müzakirəyə çıxarıla bilər. Bununla bağlı suallarımızı Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri Ziyad Səmədzadəyə ünvanladıq.


Meyvə qıtlığı gözlənilir

26.05.10 - 20:11185 baxılıb

Bu isə bazarlarda qiymət artımı ilə nəticələnə bilər

Bu il yağışların intensiv yağması bitkilərin çiçəklənmə və tozlanma dövrünə təsadüf etdiyindən mayalanma prosesinə ciddi təsir edib. Bu, bitkilərlə yanaşı, torpağa da böyük ziyan vurub. Suyun səviyyəsinin artması torpaqda suxur sularının qalxmasına səbəb olur. Nəticə etibarilə torpaqlarda şoranlılıq artır. Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanda 9 iqlim mövcud olduğundan hava şəraitinin bölgələrə təsiri müxtəlifdir. Çiçəklənmə-mayalanma dövrü başa çatan bölgələrdə meyvə bitkilərinə ciddi təsir olmayacaq. İntensiv yağışların çiçəklənmə-mayalanma dövrünə təsadüf etdiyi ərazilərdə isə meyvəçilikdə problem yaranacağı, məhsuldarlığın aşağı düşəcəyi proqnozlaşdırılır.


Kür şıltaqlığını davam etdirir

14.05.10 - 18:06132 baxılıb

İmişli və Saatlıda da vəziyyət təhlükəli həddə çatıb

Kür çayı şıltaqlığını davam etdirir. Çayın daşması nəticəsində 9 kənd artıq tamamilə boşaldılıb. 5 kənddən olan bəzi ailələr isə ehtiyat etdikləri üçün ərazini tərk ediblər. Son məlumatlara əsasən, artıq İmişli və Saatlı rayonlarının kəsişməsində yerləşən Sarısu gölü də məcrasından çıxıb. Gölün ətrafında yerləşən 5 kənddə təhlükəli vəziyyət yaranıb. Mil-Muğan kollektorunda suyun səviyyəsi artdığından Sarısu gölündəki su Saatlı və İmişli rayonu istiqamətində axmağa başlayıb.


Valideynlər narahat olmasınlar...

14.05.10 - 17:53118 baxılıb


Əmanətlər bu ildən qaytarıla bilər

07.05.10 - 14:00181 baxılıb

Əli Məsimli: "Bu, mayda büdcəyə yenidən baxılıb-baxılmayacağından asılıdır"

Nazim Məmmədov: "2 min rubla qədər olan əmanətlərin yarısını, 2 mindən 6 minə qədər olanın 3-də birini, 6 mindən 10 minə qədərin isə 4-də birini qaytarmaq olar"

Hadı Rəcəbli : "Əmanətlərin indeksləşdirilməsi və qaytarılması ilə əlaqədar dünya təcrübəsi öyrənilir"


“Çernobılçı" rabitəçilər qayğı əhatəsində

30.04.10 - 14:05116 baxılıb


Aprel təhlükəsizlik ayı elan olunmuşdu

30.04.10 - 14:03105 baxılıb

“Azəriqaz" İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi Əməyin Mühafizəsi Gününə özünəməxsus şəkildə hazırlaşmışdı. Komitə apreli bütünlüklə əməyin mühafizəsi və təhlükəsiz əmək ayı elan etmişdi.

Ay bir çox yaddaqalan tədbirlərlə zəngin olmuşdur. Belə ki, İstehsalat Birliyinin xidmətinə daxil olan qaz-istismar sahələrində, Ağdaş, Qazax magistral qaz nəqli sahələrində əməyin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi mövzusunda seminar keçirilmişdir.


Qanunsuz tikililərlə bağlı problem birdəfəlik həll oluna bilər

23.04.10 - 14:5983 baxılıb

Nazim Məmmədov: "Kompensasiya mülkiyyətçinin seçimindən asılı olaraq pul və ya başqa yerdə torpaq sahəsi şəklində veriləcək"

Milli Məclisin sonuncu iclasında "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Sənəddə indiyədək mövcud olan bir sıra problemlərin həlli öz əksini tapıb. Ən diqqət çəkən məqamlardan biri isə qanunsuz tikililərin sahiblərinə də kompensasiya ödənilməsinin nəzərdə tutulmasıdır. Məsələyə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Nazim Məmmədovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.


Ünvanlı sosial yardımların verilməsində nöqsanlar qalmaqdadır

23.04.10 - 14:54184 baxılıb


1 2 3 4 5 ... 12 13 14 15 16 >

Axtarish sistemi

  


« September 2010
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Advokat

Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.

Elza HƏSƏNOVA,
Samux rayonu.

- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər.
Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.