Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 18-də
…Gürcüstana işgüzar səfərə gəlmişdir. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar. …və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər. …və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar. …Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.
iyulun 19-da
…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 20-də
…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar. …,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər. …BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir. …İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 21-də
…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir. …Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. …Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.
iyulun 22-də
…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır. …Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir. …"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Tez-tez mətbuatda, radio və televiziyada uşaqların əmək hüquqlarının müəyyən şəxslər tərəfindən pozulması barədə materiallar dərc olunur və göstərilir. Bu neqativ halların bir çoxu bilərəkdən baş versə də, əksər hissəsi qanunvericiliyin tələblərinin kifayət qədər öyrənilməməsindən irəli gəlir. Bunu nəzərə alaraq qanunvericilikdən bəzi məqamları oxucularımızın diqqətinə çatdırmağı vacib saydıq. Əvvəla, belə bir suala aydınlıq gətirək: uşaq hansı yaşda olanlara deyirlər?
"Uşaq hüquqları haqqında" qanunun 1-ci və Ailə Məcəlləsinin 49.1. maddəsinə, "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasına əsasən, uşaq dedikdə 18 yaşına çatmamış şəxslər başa düşülməlidir. Qeyd etmək lazımdır ki, “Gənclər siyasəti haqqında” qanunun 1.0.2. maddəsi ilə yaşı 16-dan 35-dək olan şəxslər gənclər hesab edilmişdir. Əmək Məcəlləsinin 16-cı maddəsi ilə əmək münasibətlərində yaşa görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, bu zəmində imtiyaz və güzəştlərin müəyyən edilməsi qadağan edilsə də, yaşı 18-dən az olan işçilərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Əmək münasibətləri prosesində işçilər arasında ayrı-seçkiliyə yol verən işəgötürən müvafiq məsuliyyət daşıyır. Ayrı-seçkiliyə məruz qalan işçilər isə pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Yaşı 18-dən az olan işçilər üçün müəyyən edilmiş təminatlara, güzəşt və imtiyazlara işəgötürən tərəfindən məcburi əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində birmənalı qaydada göstərilmişdir ki, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Avropa Sosial Xartiyası (yenidən baxılmış) ilə, səhhətinə, mənəviyyat və təhsilinə zərər yetirməyən müəyyən edilmiş yüngül işlərdə çalışan uşaqlar istisna olmaqla, işə qəbul edilmək üçün minimum yaş həddi 15 yaş müəyyən edilmişdir. Əmək Məcəlləsinə əsasən də 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsi bağlayıb işləyə bilər. Lakin 15 yaşından 18 yaşınadək olan şəxslər müstəqil əmək müqaviləsi bağlaya bilməzlər. Belə ki, bu şəxslərlə əmək müqaviləsi bağlanarkən mütləq valideynlərdən, övladlığa götürənlərdən, qəyyumlarından birinin, yaxud da qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Mülki qanunvericiliyə əsasən, 16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi ilə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin, yaxud himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənin və ya himayəçinin razılığına əsasən, qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır, yəni emansipasiya olunur. Yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlanarkən nəzərə alınmalı xüsusiyyətlərdən biri də ondan ibarətdir ki, bu şəxslər yalnız tibbi müayinədən keçirildikdən sonra işə götürülə bilərlər və 18 yaşına çatanadək hər il onları işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirmək vəzifəsi işəgötürənin üzərinə qoyulmuşdur. Əmək qanunvericiliyi ilə işçi ilə əmək müqaviləsi bağlanarkən sınaq müddətinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Məcəllənin 52-ci maddəsi ilə sınaq müddətinin şamil edilmədiyi şəxslərin dairəsi müəyyənləşdirilmişdir. Bura yaşı 18-dən az olan şəxslər də aid edilmişdir. Belə ki, yaşı 18-dən az olan şəxslər işə düzələrkən onlarla əmək müqaviləsi sınaq müddəti müəyyən edilmədən bağlanılır. Əmək müqaviləsinin özündə başqa hal nəzərdə tutulmayıbsa, müqavlə işəgötürən və işçi tərəfindən imzalandığı gündən qüvvəyə minir. Yaşı18-dən az olan şəxslərin yaşı və fizioloji xüsusiyyətləri nəzərə alınaraq onlar üçün qısaldılmış iş vaxtı müəyyən edilmişdir. Qısaldılmış iş vaxtının müddəti həftə əzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşınadək işçilər üçün isə 36 saatdan artıq ola bilməz. Yaşı 18-dən az olan işçilər də əvəzçilik qaydasında əlavə iş yerlərində işləyə bilərlər. İş vaxtı ərzində əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Lakin yaşı 18-dən az olan işçilərin əvəzçilik üzrə başqa iş yerlərində işləməsinə yalnız o halda yol verilir ki, həm əsas, həm də əlavə iş yerində iş vaxtının müddəti Məcəllə ilə müəyyən edilmiş qısaldılmış iş vaxtından artıq olmasın. Yaşı 18-dən az olan işçilərə verilmiş güzəştlərdən biri də onların attestasiyadan keçirilməsinə yol verilməməsidir. Qanunvericiliklə yaşı 18-dən az olan işçilərin gecə işlərinə,iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, ezamiyyətə göndərilməsinə qadağa qoyulmuşdur. Axşam saat 20-dən səhər saat 7-dək bu şəxslər üçün gecə vaxtı hesab olunur. Əmək məzuniyyətinin verilməsində də yaşı 18-dən az olan şəxslər üçün təminatlar nəzərdə tutulmuşdur. Belə ki, əmək müqaviləsi bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən yaşı 18-dən az olan işçilərin istifadə etmək hüququ var. Sonrakı illərdə isə əmək məzuniyyəti həmin işçilərin arzusu ilə onlar üçün əlverişli vaxtda verilə bilər. Yaşı 16-dan az olan işçilərə 42 təqvim günündən,16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq əmək məzuniyyəti verilir. Qanunvericiliklə təhlükəli və ya səhhət üçün zərərli sayılan peşələrə qəbul edilmək üçün minimum yaş həddi 18 yaş müəyyən edildiyindən həmin peşələrdə işləmək üçün yaşı 18-dən az olan şəxslərlə müqavilə bağlanmasına yol verilmir. Məcəllənin 250, 251-ci maddələri ilə yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqinin qadağan edildiyi işlər və bu işçilər tərəfindən ağırlığın qaldırılmasında məhdudiyyət qoyulan işlər göstərilmişdir. Yaşı 18-dən az olan işçilərin əm əyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 58 saylı qərarı ilə təsdiq edilmişdir. Əmək Məcəlləsi ilə yaşı 18-dən az olan işçilərlə həm əmək müqaviləsi bağlanarkən, həm də onun ləğv edilməsi ilə bağlı da müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, bu şəxslərin azyaşlı olduğuna, əmək vərdişlərinin, peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtinaya yol verilmədiyi kimi, eyni zamanda Məcəllənin 255-ci maddəsinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə 70-ci maddənin "c" bəndinə əsasən yaşı 18-dən az olan işçinin əmək müqaviləsinin ləğv edilməsinə də qadağa qoyulmuşdır. Qeyd etmək lazımdır ki, 20 yaşadək gənclər dövlət tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar sırasına salınmış, bu məsələ öz təsbitini “Məşğulluq haqqında” qanunun 9-cu maddəsində və "Əmək münasibətləri üzrə təsnifat”da tapmışdır.
Leyla ACALOVA, AHİK-in hüquq şöbəsinin müdir müavini.
Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?
Mirzə QƏHRƏMANOV, Naxçıvan şəhəri.
- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.