Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Pensiya sistemi əhalinin bütün təbəqəsinin hüquqlarını qorumalıdır

07.12.09 - 14:3185 baxılıb

Əli Məsimli: "Konsepsiya real nəticələrini 10-15 il sonra verməyə başlayacaq"

"Hökumət çalışmalıdır ki, əhalinin aztəminatlı təbəqəsinin təmsilçiləri pensiyaya çıxdıqdan sonra yoxsulluq girdabına düşməsin". Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Əli Məsimli bu fikirdədir. Onun sözlərinə görə, pensiya sistemi əhalinin bütün təbəqələrinin hüquqlarını qorumalıdır. Vətəndaş pensiyaya çıxanda əməkhaqqının 40-60 faizi həcmində pensiya almalıdır. Belə olarsa, vətəndaşlar pensiyaya çıxdıqdan sonra da işləməkdə maraqlı olmazlar. Ə.Məsimli dedi ki, 20 il bundan əvvəl Azərbaycanda orta aylıq pensiya yaşayış minimumundan 2 dəfə çox olub.
Hazırda isə orta aylıq pensiya yaşayış minimumundan azdır. Pensiyaçıların 60 faizindən çoxu cəmi 75 manat təqaüd alır. Bunun nəticəsində ölkədəki hər üç pensiyaçıdan ikisi yoxsulluq səviyyəsində yaşayır. Bu baxımdan hazırda ölkədə həyata keçirilən pensiya islahatları dəstəklənməlidir. Ə.Məsimli hesab edir ki, ölkə başçısı tərəfindən təsdiqlənən pensiya islahatları konsepsiyası bu sahədəki problemlərin həllinə yönəlib. Onun sözlərinə görə, bu konsepsiya real nəticələrini 10-15 il sonra verməyə başlayacaq. Ona görə də hazırda hökumət əsasən növbəti 10 il ərzində pensiya sahəsində meydana çıxacaq problemlərin həlli üçün çalışmalıdır. Dövlət Sosial Müdafiə Fondu sovet dövründə işləmiş və 2006-cı ilə qədər pensiyaya çıxmış, amma həmin müddətdən sonra pensiyaya çıxanlardan xeyli az pensiya alan vətəndaşların problemlərini həll etməlidir. Bu sahədə atılan addımlar bir-birini tamamlamalıdır: "Bu yol çox enişli-yoxuşludur. Müəyyən mərhələlərdə problemlərin olması mümkündür. Amma istənilən halda geri çəkilmək olmaz. Eyni zamanda biz həqiqəti əhaliyə deməkdən çəkinməməliyik".
Ə.Məsimli dedi ki, hökumət sığorta-pensiya sisteminin inkişafına çalışmalıdır. Elə edilməlidir ki, Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsindən asılılığı azaldılsın. Millət vəkilinin sözlərinə görə, hazırda fondun büdcəsinin 30 faizi dövlət büdcəsindən transfer olunur. Bunun aradan qaldırılması üçün fond əlavə mənbələr tapmalı, özəl pensiya fondları yaratmalıdır. Pensiya təminatı sistemi tamamilə bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılmalıdır. Ə.Məsimlinin fikrincə, pensiya ödənişi üçün nəzərdə tutulan vəsait tam yığılmalı və məqsədyönlü istifadə olunmalıdır. Onun sözlərinə görə, hazırda Azərbaycanda 1 pensiyaçıya 3,2 işləyən şəxs düşməlidir. Əgər kənd təsərrüfatında çalışanlar çıxılarsa, 2 işləyənə 1 pensiyaçı düşməlidir. Amma mövcud reallıqda 1 pensiyaçıya 1 işləyən düşür. Millət vəkili hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu ilk növbədə bu problemi həll etməlidir. Çünki bu problem digər problemlər də yaradır.
Millət vəkilinin fikrincə, pensiya təminatı sisteminin idarə olunması da təkmilləşdirilməlidir. Onun sözlərinə görə, indiyədək bu istiqamətdə heç bir addım atılmayıb. Buna görə də Dövlət Sosial Müdafiə Fondu bu sahədə təcrübəsizdir: "Bu vəsaitlərin idarə olunması üçün çox böyük təcrübə tələb olunur. Məlum olduğu kimi, Azərbaycanın Dövlət Neft Fondu bu sahədə böyük təcrübə toplayıb. Hesab edirəm ki, 3-5 ildən sonra Dövlət Sosial Müdafiə Fondu Neft Fondu ilə birləşdirilməli və vəsaitlər idarə olunmalıdır".
Ə.Məsimli hesab edir ki, hökumət pensiya islahatlarının dəstəklənməsi məqsədi ilə "kölgə iqtisadiyyatı"nın leqallaşdırılması istiqamətində ciddi addımlar atmalıdır. Onun sözlərinə görə, bu istiqamətdə müəyyən işlər görülür, amma bunlar yetərli deyil.

Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.