Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Aztəminatlıların vəziyyəti yaxşılaşacaq

14.12.09 - 11:2979 baxılıb

Nazim Məmmədov: "Sosial kirayə evsizləri mənzillə təmin etməklə yanaşı, vergi ödənişlərini də artıracaq"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin sonuna qədər 2010-2013-cü illər üçün nəzərdə tutulan "Aztəminatlı ailələrin Sosial Reabilitasiyası Dövlət Proqramı"nın layihəsi üzərində işi yekunlaşdıracaq. Adından da bəlli olduğu kimi proqram aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutub. Bu məqsədlə sənəddə müxtəlif istiqamətlər müəyyənləşdirilib. Hazırda kiçik ailə-kəndli təsərrüfatlarına dəstək göstərilməsi də planlaşdırılır. Həmin ailələr yardım formasında verilmiş pullar hesabına təsərrüfatlarda istehsal, emal və xidmət fəaliyyəti ilə məşğul olacaqlar. Onların qazandığı pullar hesabına həmin təsərrüfatların genişləndirilməsi nəzərdə tutulur. Hökumət bu təsərrüfatlara bir sıra güzəştlər də edəcək. Onlar vergilərdən də azad olunacaqlar.

Bu məsələ də proqramda öz əksini tapacaq. Qarşıya çıxacaq çətinliklərin aradan qaldırılması üçün bu işlər hələlik pilot rayonlarda kiçik layihələr formasında sınaqdan keçiriləcək. Proqramın sınaqdan keçirilməsi üçün 4 pilot bölgə - Bakıətrafı kəndlər, Quba, İsmayıllı və Masallı rayonları müəyyənləşdirilib.
Xatırladaq ki, proqram layihəsinin hazırlanmasına 2007-ci ilin aprelindən başlanılıb. Nazirlik rəsmiləri deyirlər ki, iki ildən çoxdur ki, sözügedən proqram layihəsi çərçivəsində islahatlar həyata keçirilir. Layihələrin həyata keçirilməsində beynəlxalq təşkilatların, QHT-lərin də dəstəyi olacaq.
Onu da qeyd edək ki, bu, aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görüləcək son tədbir olmayacaq. Belə ki, hökumət belə ailələrin evsizlik problemini də aradan qaldırmağa çalışır. Yeni qüvvəyə minmiş Mənzil Məcəlləsində də göstərilir ki, yerli icra orqanları və bələdiyyələr belə ailələri ucuz qiymətə kirayə evlə təmin etməlidirlər. Sosial kirayə müqaviləsi əsasında kasıblara yaşayış yeri ayıran bələdiyyələr bu mənbədən əlavə qazanc da götürə bilər. Mənzil Məcəlləsinə əsasən, bunun üçün aztəminatlı ailələr ərizə ilə aidiyyəti üzrə müraciət etməklə qeydiyyata alınmalıdır. Onlar mənzillə növbəlilik əsasında təmin ediləcək.
Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov hesab edir ki, sosial kirayə üçün mənzillər dövlət və bələdiyyələrin müvafiq tikinti şirkəti ilə imzaladıqları müqavilə əsasında tikilə bilər. İngiltərədə əhalinin 30 faizinin sosial kirayədə yaşadığını bildirən millət vəkili bu təcrübənin səmərəli olacağını deyir. Onun fikrincə, sosial kirayə ev ala bilməyən vətəndaşların mənzil probleminin həll olunmasına, həm də vergi ödənişlərinin artmasına gətirib çıxaracaq. Bundan ən çox qazanan isə bələdiyyələr olmalıdır: "Bələdiyyələrin maddi-texniki bazası o qədər aşağıdır ki, bu tez bir zamanda vüsət almayacaq. Amma elə bələdiyyələr mövcuddur ki, onların kifayət qədər torpaqları var. Torpaqların bir hissəsi tikinti şirkətlərinə verilə bilər. Bunun əvəzində bələdiyyələr sosial kirayə üçün nəzərdə tutulan mənzillərdən uzunmüddətli daimi qazanc əldə edə bilərlər".
Qanunvericiliyə əsasən, mənzil haqqı və kommunal ödənişlər 6 aydan çox ödənilmədikdə və mənzildən təyinatı üzrə istifadə edilmədikdə sosial kirayə müqaviləsi ləğv edilə bilər. İpoteka kreditinin alınması, torpaq sahəsinin ayrılması və digər hallarda da vətəndaş siyahıdan çıxarılacaq. Qeyd edək ki, Mənzil Məcəlləsi ilə xidməti yaşayış sahələri, yataqxanalar, qaçqın və məcburi köçkünlərin müvəqqəti yerləşdirildikləri yaşayış sahələri xüsusi təyinatlı hesab edilir. Bu yaşayış sahələri satıla, icarəyə və kirayəyə verilə bilməz.

Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.