Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 18-də
…Gürcüstana işgüzar səfərə gəlmişdir. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar. …və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər. …və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar. …Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.
iyulun 19-da
…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 20-də
…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar. …,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər. …BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir. …İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 21-də
…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir. …Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. …Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.
iyulun 22-də
…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır. …Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir. …"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Məktəbəqədər təhsil müəssisələrinin uşaqların tərbiyəsində rolunun çox böyük olmasına baxmayaraq, bu gün uşaq bağçalarının durumu heç də ürəkaçan deyil. Hazırda Azərbaycanda 110017 uşağı əhatə edən 1764 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdən 1698-i Təhsil Nazirliyinin, qalanları isə digər nazirlik, şirkət, idarə və təşkilatların tabeliyindədir. Son 15 ildə Azərbaycanda 85 məktəbəqədər təhsil müəssisəsi bağlanıb ki, onların da 45-i Bakıda yerləşirdi. Uşaq bağçalarının sayının azalmasının digər səbəbi Qarabağ müharibəsidir. 242 məktəbəqədər müəssisə işğal edilmiş bölgələrdə qalıb. Bundan əlavə, doğma yurdlarından didərgin düşən 1683 qaçqın və məcburi köçkün ailəsi də hazırda uşaq bağçalarında məskunlaşıb. Təkcə Bakıdakı bir neçə uşaq bağçasında 737 ailə yaşayır. Təhsil Nazirliyinin məlumatına görə, hazırda ölkə üzrə məktəbəqədər yaşda olan uşaqların yalnız 19,6 faizi bağçalara gedir. Şəhər yerlərində uşaqların 27,6 faizi, kənd yerlərində isə 8,6 faizi məktəbəqədər tərbiyə müəssisələrinə cəlb olunub. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 60-90 faiz təşkil edir. Ölkəmizdə fiziki qüsuru olan azyaşlı uşaqların xüsusi müəssisələrə cəlb olunması daha aşağı səviyyədədir. İndi Azərbaycanda belə uşaqların sayı 6000-dən çox olduğu halda, onların yalnız 500 nəfəri (8,3 faiz) uşaq bağçalarında təhsillə məşğul olur.
Sovet dövründə qəbul edilən əsasnamələrdə dəyişiklik edilməsə də, bağçalar həmin vaxtda olduğu kimi standartlara cavab vermir. Məktəbəqədər müəssisələrin əsasnaməsinə görə, bağçalar 2 ayından 6 yaşına qədər uşaqları qəbul etmək imkanına malik olmalıdırlar. Amma son vaxtlar aparılan araşdırmalar göstərib ki, məktəbəqədər müəssisələr südəmər uşaqları qəbul etməyə tam hazır deyil. Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun rəhbəri Nərminə Əlinağıyevanın sözlərinə görə, sovetlər dönəmində bağçalar zavod və fabriklərdə işləyən analar üçün şərait yaradan əlverişli müəssisə idi. Süd mətbəxlərində ana südünü əvəz edən qarışıqlar hazırlanırdı. Bununla yanaşı, analara iş vaxtında uşaqları yedizdirməyə görə, vaxt və lazımi şərait də yaradılırdı: "Zavod və fabriklər bağlandıqdan sonra südəmər uşaqların bağçaya verilməsinə ehtiyac azaldı. Dövlət tərəfindən analara uşağına baxması üçün verilən 1 illik müddət 3 ilədək uzadıldı. Müavinətlər az da olsa yüksəldildi. Fikrimcə, 1 yaşlı uşağa ana qayğısı, nəvazişi lazımdır. Heç bir ictimai müəssisə ana nəvazişini əvəz edə bilməz. Çox təəssüf ki, bəzi qadınlar iş yerlərini itirməmək üçün işə çıxmaq məcburiyyətində qalır". Söhbət əsnasında öyrəndik ki, "Məktəbəqədər Təhsilin Əsasları" standartları hazırlanaraq təsdiq edilmək üçün Ədliyyə Nazirliyinə və digər müvafiq qurumlara təqdim edilib. Sənəddə uşaqların bir yaşından bağçalara qəbuluna şərait yaradılması barədə müddəalar var. Onu da qeyd edək ki, sovet dövründə, ümumiyyətlə, bağçaların standartları olmayıb. Müsahibim deyir ki, bu sənədin hazırlanması yeni dövrün tələbidir. Təhsil Nazirliyinin işləyən anaları sevindirəcək digər xəbəri isə alternativ bağçaların yaradılması ilə əlaqədardır. N.Əlinağıyeva həmçinin qeyd etdi ki, yaxın gələcəkdə icma tipli bağçalar, qısamüddətli qruplar fəaliyyətə başlayacaq. Bu isə bütün günü deyil, 3-4 saat uşağını bağçaya qoymaq istəyənlər üçün əlverişli şərait yaradacaq. Təbii ki, bu zaman bağça təkcə uşağın saxlanılması məkanı deyil, həmçinin onun inkişafına təkan verən mərkəz rolunu oynamalıdır: "Ola bilər ki, yarım gün çərçivəsində uşağın məktəbə hazırlığı həyata keçirilsin. Xətai rayonunda pilot layihə başa çatdıqdan sonra monitorinq keçiriləcək və bu təcrübəni bütün Azərbaycana yaymağı düşünürük. Hələlik müəllimlərə treninqlər keçirilir. Pilot layihə həmçinin Lənkəran, Quba, Göygöl və Şamaxıda da icra ediləcək. Sözügedən layihə məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramında və Dünya Bankının dəstəyi ilə reallaşdırılan təhsil sektorunun inkişafında da öz əksini tapıb". Məlumat üçün bildirək ki, bir müddət öncə təhsil naziri Misir Mərdanov uşaqların məktəbəqədər müəssisələrə getməsinin vacibliyi haqda fikir söyləmişdi. Ancaq sonra bu, ikinci plana keçdi. Məsələyə münasibət bildirən sektor rəhbəri dedi ki, "Təhsil haqqında" qanun təsdiq edilməzdən əvvəl biz 5 yaşlı uşaqların məktəbə hazırlığının icbariliyi haqqında təklif vermişdik. Fikir mübadiləsi və araşdırmalar sonucunda qanunda "icbari" sözü "zəruri" sözü ilə əvəzləndi. Əslində "icbari" ifadəsinin qəbulu bir sıra problemlərə yol aça bilərdi". Məsələ ondadır ki, ölkədə 112 min 5 yaşlı uşaq var. Bu gün onlardan yalnız 23,8 faizi bağçaya gedir. Digər uşaqları bağçalara cəlb etmək üçün bizə yeni 3060 qrup yaratmaq lazımdır. Bir qrupda 20 uşaq olur. Yeni qruplar, yeni ştatlar açılmalı, yeni infrastruktur yaratmaq lazımdır. Bu işləri isə nəinki bir aya, heç bir ilə də yekunlaşdırmaq mümkün deyil. Çünki bu gün mövcud olan məktəbəqədər müəssisələrdə 1683 qaçqın və məcburi köçkün ailələri yaşayır. Odur ki, Bakı şəhərindəki bağçalarda uşaq sıxlığı yaşanır. Ona görə də dövlət proqramı əsasında qaçqın və məcburi köçkün ailələrinin məktəbəqədər müəssisələrdən yeni qəsəbələrə köçürülməsi nəzərdə tutulub. N.Əlinağıyeva proqramın icrasından sonra vəziyyətin qismən yaxşılaşacağını vurğuladı. Bundan başqa, nazirlik yeni investisiya proqramı hazırlayır ki, sənəddə yaşayış məntəqələrində, ümumiyyətlə, məktəbəqədər müəssisələr olmayan ərazilər müəyyənləşdirilib. Həmin ərazilərdə belə müəssisələrin inşa edilməsi planlaşdırılır. Eyni zamanda tələbat varsa, böyük həyətyanı sahəsi olan bağçaların ərazisində yeni yardımçı binalar tikiləcək. Qeyd edək ki, məktəbəqədər müəssisələrlə bağlı da bir sıra dövlət proqramları həyata keçirilir. O da məlumdur ki, adətən digər sahələrdə gerçəkləşdirilən dövlət proqramlarında qoyulan məqsədlərin hamısına nail olunmur. "Məktəbəqədər təhsilin yeniləşdirilməsi" proqramı 12 aprel 2007-ci il tarixində təsdiq edilib. Burada məktəbəqədər müəssisələrin maddi-texniki bazasının yeniləşdirilməsi, kadrların ixtisasartırma kurslarına göndərilməsi, yeni alternativ proqramların hazırlanması və s. nəzərdə tutulub. Öyrəndik ki, bu proqramın icrası çərçivəsində 2007-2008-ci illər ərzində 21 məktəbəqədər müəssisə əsaslı təmir edilib, 11 yeni bina tikilib. 2009-cu il üçün ölkə başçısının ehtiyat fondundan məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə 2 milyon manat vəsait ayrılıb. Bu vəsait hesabına 8 müəssisədə təmir işləri davam etdirilir. Yeni binalar və bu 8 müəssisənin bazası yeniləşdirilib, bərk avadanlıq, yumşaq inventar, oyuncaq, dərslik və təlim vəsaitləri, stolüstü oyunlar, bir sözlə, ən yüksək səviyyədə mebellərlə təchiz edilib. Xatırladaq ki, uzun illərdir Azərbaycanda təlim və metodik vəsaitlər yox dərəcəsində idi. Rusiyada nəşr edilən kitablar tədris prosesində istifadə edilirdi. N.Əlinağıyevanın sözlərinə görə, hazırda 100-dən artıq adda təlim vəsaiti hazırlanıb. Uşaqların məntiqi təfəkkürünü, nitqini, yaddaşını, təxəyyülünü, inkişaf etdirən test kitabları, stolüstü oyunlar, əyani material və plakatlar, tərbiyəçilər üçün metodik vəsaitlər var. Bir sözlə, tərbiyəçilərin hansısa məşğələni keçirmək üçün vəsait qıtlığından şikayət etməyə haqqı yoxdur. Kitablarda məşğələnin keçirilmə metodikasından tutmuş qarşıya qoyulan məqsədə qədər mərhələ-mərhələ bütün proses açıqlanıb. Sadəcə, tərbiyəçilər onu oxuyub uşaqlara öyrətməlidir. Maraqlıdır, tərbiyəçilər bunu edirlərmi? Suala cavab verən N.Əlinağıyeva dedi ki, vaxtaşırı Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyi yoxlama xarakterli reydlər edir: "Uşaqların suallarımıza verdiyi cavablardan bu prosesin getdiyini anlayırıq. Bunu etməmək ən azı insafsızlıq olardı. Çünki hər rayonda metodist və tərbiyəçilərə seminarlar keçirilib. Onlara metodiki vəsaitlərdən istifadəni öyrətmişik. Hətta rus bölməsi üçün azərbaycanlı müəlliflərin kitablarının bəzilərini tərcümə etmişik. Təbii ki, bu işin genişləndirilməsinə ehtiyac var". Məlumat üçün bildirək ki, dövlət Bakı şəhərində bir uşağın bağçada birgünlük saxlanılmasına 1 manat 70 qəpik vəsait ayırır. Nazirlər Kabinetinin təsdiq etdiyi qida normaları əsasında uşaqlar bağçalarda qidalanır. Sənəddə hər yaş dövrü üçün ərzaqların neçə qramla verilməsi məsələsi əksini tapıb. Amma valideynlər kimi Təhsil Nazirliyinin mütəxəssisləri də qidalanma normalarından narazıdırlar. Odur ki, qida normalarında dəyişiklik edilməsi ilə bağlı təkliflər irəli sürülüb: "Mən düşünürəm ki, uşaqların meyvə, şirə, çörək, ət, tərəvəz, süd və süd məhsulları və s. məhsullar üzrə normaları artırılmalıdır. Qida normalarında gün ərzində uşağa 120 qram çörək nəzərdə tutulur. Uşağın bağçada gündə üç dəfə qidalandığını nəzərə alsaq 120 qram üç yerə bölünməlidir. 120 qramı üç yerə böləndə 40 qram düşür. Bir uşağa gün ərzində 37 qram yarma da azdır. Bundan başqa, menyuda əti əvəzedici məhsullar, məsələn, lobya, mərci və s. olmalıdır. Fikrimcə, menyuda yeknəsək yeməklər olmamalıdır. Elə ardıcıllıq qurulmalıdır ki, uşaqlar lazımi kalorini ala bilsinlər". Onu da qeyd edək ki, qida normaları 1994-cü ildə qəbul edilib və o zaman ölkənin də vəziyyəti yaxşı deyildi. Ona görə də qida normaları minimum götürülüb. Gələcəkdə dəyişilməsi nəzərdə tutulsa da, hələlik sənəd qüvvədədir. Öyrəndik ki, nazirliyin qida normalarında dəyişiklik edilməsi ilə bağlı sənədinə Səhiyyə Nazirliyinin rəyi müsbətdir. Maliyyə Nazirliyi bu sənədi təsdiqləyərsə, dəyişikliklər ediləcək. Bağçaların ərzaq təminatının necə həyata keçirilməsi ilə maraqlandıq. Öyrəndik ki, Bakı şəhərində keçirilən tenderin qalibi olan şirkət bağçaların ərzaq təminatını həyata keçirir. Tenderlərdə hansı meyarların əsas götürüldyünə gəldikdə isə, N.Əlinağıyeva bildirdi ki, qiymət məsələsi keyfiyyət kimi önəmlidir. Mövcud nöqsanların aradan qaldırılması və problemlərin həlli məqsədi ilə, nəhayət, ölkə Prezidenti ilə "Məktəbəqədər təhsilin yeniləşdirilməsinə dair Dövlət Proqramı"nı təsdiqləyib. Proqramın icrasında Nazirlər Kabineti, Təhsil, İqtisadi İnkişaf, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirlikləri, yerli icra hakimiyyəti orqanları iştirak edəcək. 2007-2010-cu illəri əhatə edən proqramın icrası bu sahədə vəziyyətin kökündən dəyişəcəyini deməyə əsas verir. Çünki proqramda uşaq bağçaları və körpələr evlərinin müasir standartlara uyğunlaşdırılması, onların bütün lazımi avadanlıqlarla təmin edilməsi, həmin müəssisələrdə çalışan işçilərin əməkhaqlarının artırılması nəzərdə tutulur. Beləliklə, ümid etmək olar ki, 2010-cu ildən sonra Azərbaycanda da valideynlər tərəddüd etmədən öz uşaqlarını uşaq bağçalarına göndərə biləcəklər.
Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?
Mirzə QƏHRƏMANOV, Naxçıvan şəhəri.
- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.