Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ailə və Əmək məcəllələri ətrafında müzakirələr səngimir

19.02.10 - 15:3769 baxılıb

Hadı Rəcəbli: "Analıq məzuniyyəti müddətinin iki həftə artırılmasına ilkin razılıq almışıq"

"Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihələri ilə bağlı mübahisələr bu gün də davam etməkdədir. Parlamentin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli qanun layihəsinin əleyhinə çıxanların yanıldıqları qənaətindədir:

- Ötən il müzakirəyə çıxarılan "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihəsi ətrafında xeyli mübahisə getdi. Etirazlar, əslində, cəmiyyətin və parlamentin özünün bugünkü reallıqlardan, dünyada gedən səhiyyə inqilabi proseslərindən uzaq qalmasının nəticəsidir... Bilirsiniz, bəzən yeri gəldi-gəlmədi bu qanunla bağlı etirazları milli mentalitetimizlə bağlayırlar. Əslində isə reproduktiv sağlamlıq mentalitetə dəxli olmayan bir məsələdir. Dünyanın bütün ölkələrində reproduktiv sağlamlıqla bağlı proseslər gedir. Misal üçün, qonşu İran İslam Respublikasında bu yöndə önəmli addımlar atılır. Ona görə hesab edirəm ki, bu sənədin müzakirəyə çıxarılmasının özü bizim uğurlarımızdan biri sayılmalıdır. Biz bununla cəmiyyətə bir növ mesaj göndərmiş olduq, proqressiv bir qanunvericilik sənədini ortaya qoyduq, sözümüzü dedik, müzakirələr getdi, ciddi polemikalar oldu. İnanıram ki, zamanı gələndə həmin qanun layihəsi də deyilən tələblərə uyğun olaraq qəbul olunacaq. Buna heç bir şübhəmiz yoxdur. Ötən il həmçinin uzun müddətdən bəri üzərində işlədiyimiz Əmək və Ailə məcəllələri ilə bağlı işləri davam etdirmişik. Sual oluna bilər ki, nəyə görə sözügedən məcəllələrə edilməsi nəzərdə tutulan dəyişikliklər ötən il olunmadı. Bunun başlıca səbəblərindən biri o idi ki, cəmiyyətdə bu dəyişikliklərə münasibət birmənalı deyildi. Qeyd edim ki, bir qrup bu əlavə və dəyişikliklərin edilməsinin tərəfdarı, digər qrup isə əleyhdarı kimi çıxış etdi. Əslində hər iki tərəfin arqumentlərində də tutarlılıq var idi. Yəni biz hər iki tərəflə razılaşmalıydıq. Amma bununla belə son nəticədə daha proqressiv fikirləri dəstəklədik. Növbəti sessiyada mütləq bu məcəllələrə dəyişikliklər məsələsinə qayıdacağıq...
- Hər iki məcəlləyə edilməsi gözlənilən dəyişikliklər və əlavələr hansılardır?
- Ailə Məcəlləsi ilə bağlı mübahisə mövzusu olan dəyişikliklərdən biri qızların evlənmə - nikah yaşının artırılması barədədir. Bu məsələ hələ də polemika mövzusu olaraq qalmaqdadır. Biz təklif edirik ki, qızlar üçün nikah yaş həddi 18 müəyyənləşdirilsin. Amma bəziləri deyirlər ki, istisna hal kimi qızlar 17 və ya 16 yaşda da nikaha girə bilərlər. Biz deyirik ki, nikaha daxil olanlardan tibbi arayış alınsın. Bəziləri isə deyirlər ki, bu, mütləq imperativ norma kimi müəyyənləşdirilsin. Eyni zamanda əmlak, mülkiyyət müqaviləsinin bağlanması məsələsi də gündəmdədir. Biz deyirik ki, bunu imperativ şəkildə müəyyənləşdirmək olmaz. Çünki digər qanunlarla ziddiyyətlər yarana bilər, amma digər qisim insanlar deyirlər ki, bu məsələ də mütləq imperativ norma kimi məcəllədə öz əksini tapsın və sair. Bunlar polemika doğuran məsələlərdir ki, mütləq baxılmalıdır. Əmək Məcəlləsinə gəlincə, biz doğuşdan sonra qadınların analıq məzuniyyəti müddətinin artırılmasını istəyirik. Burada da iki variant var. Birinci variant bu müddətin iki həftə, ikinci variant isə üç ay artırılmasıdır. Bu da müzakirə mövzusudur və açıq qalır. Onu da deyim ki, biz bu müddətin iki həftə artırılmasına artıq ilkin razılıq almışıq və bu baxımdan ola bilər ki, sonda elə bu variant üzərində dayanılsın.
- Deputat həmkarınız və komitənizin üzvü Elmira Axundova dəfələrlə belə bir məsələni gündəmə gətirib ki, bir sıra ölkələrdə, o cümlədən Qazaxıstanda olduğu kimi, Azərbaycanda da uşaq anadan olan kimi onun adına bankda hesab açılsın. Bu məsələ gələcəkdə reallaşa bilərmi?
- Bu təklif müzakirə mövzusu olaraq qalmaqdadır. Məsələn, Rusiyada uşağın dünyaya gəlməsi ilə bağlı çox ciddi addımlar atılır, buna çox böyük miqdarda maliyyə dəstəyi ayrılır. Orada analıq kapitalı adlı bir məfhum var. Yəni ana hamilə olan andan ona 25 min rubl pul ayırırlar. Bu pul ananın hamiləlik dövründə müalicəsinə, müayinəsinə və digər xərclərinə sərf olunur. Eyni zamanda bu ölkədə ipoteka kreditlərinin uşaqla bağlı maraqlı formaları mövcuddur. Məqsəd də məlumdur. Bu gün Rusiyada təbii artım yoxdur. Hər il Rusiya əhalisi təxminən 780 min nəfər azalır. Hökumət də stimullaşdırıcı addımlar atmaqla təbii artımı bərpa etmək istəyir. Azərbaycana gəlincə, təbii artım 1,1 faizdir. Bunun özü çox böyük rəqəmdir. İldə təxminən 100 min artım deməkdir, əhalimizin sayı artıq 9 milyon nəfərə çatıb. Bu baxımdan hesab edirəm ki, bizdə doğuşu həvəsləndirməkdənsə, daha çox uşaq ölümünün qarşısının alınmasına cəhd göstərilməlidir, reproduktiv sağlamlığı yaxşılaşdırmağa çalışmalıyıq.
- Bununla bağlı konkret təklifləriniz nədən ibarətdir?
- Bu gün təxminən 12 faiz dünyaya uşaq gətirə bilməyən insanımız var. Təsəvvür edin ki, onları sağalda bilsək, təbii artım haradasa 1,3-1,5 faizə çata bilər. Bu da çox ciddi rəqəmdir. Ona görə biz doğuşdan daha çox, bu dediyimiz məqamlara diqqəti artırmalıyıq. Onu da qeyd edim ki, ölkə başçısı demoqrafik təhlükəsizliklə bağlı proqram imzalayıb. Demoqrafik təhlükəsizlik də odur ki, bu məsələdə bir az tənzimlənmə olsun. Məsələn, İranda bu məsələ çox ciddi tənzimlənir. Orada sterilizasiya deyilən proses mövcuddur. Maliyyə imkanları məhdud olan ailələrə uşaq dünyaya gətirməyi dolayısı yolla qadağan edirlər. Odur ki, son illər ərzində İran əhalisinin sayı dəyişməz olaraq 70 milyon qalır. Əlbəttə, bizdə də buna oxşar addımlar atılmalıdır. Məsələn, bu gün 20 it saxlayıb, bir uşağı olan imkanlının demirəm 20 də uşağı olsun. Amma belə şəxslər üç it saxlayırlarsa, heç olmasa üç də uşaq böyütsünlər. Özünüz də fikir versəniz görərsiniz ki, ABŞ-da, Qərb ölkələrində imkanı geniş olan insanların daha çox uşağı var, nəinki imkansızların. Ancaq bizdə əksinədir. İmkansızların daha çox uşağı var. Elə bilirəm ki, bu proseslər bizdə də tənzimlənsə, maliyyə həvəsləndirməsinə də ehtiyac qalmaz.

Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.