Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Bakıda 12 mərtəbədən yuxarı bina tikilməsi dayandırıla bilər

25.01.10 - 12:5268 baxılıb

Tikinti və Arxitektura Komitəsi hökumətə müraciət edib

Dövlət Tikinti və Arxitektura Komitəsi Nazirlər Kabinetinə paytaxtda çoxmərtəbəli binaların tikintisinin məhdudlaşdırılmasına dair təklifləri təqdim edib. Sənəddə yeni tikiləcək yüksək mərtəbəli binaların arxitektura qaydalarına ciddi nəzarət olunması ilə bağlı təkliflər öz əksini tapıb. Yeni hazırlanmış əsasnaməyə görə, bundan sonra Bakının mərkəzi hissəsində tikiləcək binaların hündürlüyü 12 mərtəbədən yuxarı olmayacaq. Daha yüksək mərtəbəli binalar isə ərazinin relyefindən asılı olaraq paytaxtın nisbətən ucqar rayonlarında inşa ediləcək.
Komitənin şöbə müdiri Cahangir Qocayevin bildirdiyinə görə, sənəd tikinti sahəsindəki nöqsanların aradan qaldırılması ilə bağlı bir sıra elementləri nəzərdə tutur. Reallıq ondan ibarətdir ki, bir sıra binaların inşası zamanı tikinti normativlərinə əməl olunmayıb, qanunvericiliyin tələbləri kobud şəkildə pozulub. C.Qocayev vurğulayıb ki, DTAK bu yaxınlarda yeni tikilən çoxmərtəbəli binalarda norma və qaydaların yerinə yetirilməsi səviyyəsini öyrənmək üçün müvafiq yoxlamalar aparıb. Tikintiyə Nəzarət Müfəttişliyi ilə birgə aparılan yoxlamalar zamanı bir sıra şirkətlərin tikdiyi binalarda layihədə nəzərdə tutulmayan detallara rast gəlinib. Belə ki, tikinti şirkətləri ayrılmış torpaq sahəsində iki bina əvəzinə üç hündürmərtəbəli yaşayış evi inşa edib. Tikinti şirkətləri layihəyə görə, 12 mərtəbəli bina tikməli olduğu halda 16 mərtəbə inşa edir. Layihəyə əsasən, binada quraşdırılan kanalizasiya və kommunal xidmət növlərinin gücü, elektrik enerjisi, qaz və su xətləri yalnız 12 mərtəbədə yerləşə biləcək əhalinin tələbatına uyğun nəzərdə tutulur və 16 mərtəbəli binanın sakinlərinin tələbatını ödəyə bilməz. Ona görə də normadan artıq yüklənmə infrastrukturların sıradan çıxması ilə nəticələnir. Bu, daha çox zəlzələ zamanı ağır fəsadlara səbəb ola bilər.
Dövlət Layihə İnstitutunun memarı və paytaxtın Baş Planının müəlliflərindən biri olan Feyzulla Quliyev isə hesab edir ki, tikintiyə nəzarətin gücləndirilməsi və texniki təhlükəsizlik qaydalarına əməl olunması vacibdir. Ekspert yeni inşa olunan binalarda layihədən kənaraçıxma hallarının müşahidə edildiyini, bəzi yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılan sahələrin düzgün seçilmədiyini, eləcə də onların çoxunda zəlzələyə davamlılığın nəzərə alınmadığını bildirir. Ən əsası isə odur ki, tikinti zamanı Bakının Baş Planının tələbləri pozulur. Şəhərin yaşayış, sənaye, kommunal, istirahət və digər təsərrüfat zonalarının sxemi, nəqliyyat, kommunal xətləri və qurğularının, sosial-xidmət mərkəzlərinin yerləşdiyi ərazi nəzərə alınmır.

çap üçün verisya

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.