Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 16-da)
…Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gülü qarşılamışdır. …Türkiyə Prezidenti Abdullah Güllə təkbətək görüşmüşdür. …Azərbaycan Respublikası Prezidentinin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə iştirak etmişdir. …və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" imzalamışlar. …və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur. …"Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə iştirak etmiş və nitq söyləmişdir.
Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 2010-cu il üçün işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi aşağıdakıları bildirir: Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin "2010-cu ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında" 26 noyabr 2009-cu il tarixli, 183 nömrəli qərarına əsasən 2010-cu ildə aşağıdakı günlər iş günü hesab edilmir:
1-2 Yanvar Yeni il bayramı;
20 Yanvar Ümumxalq Hüzn Günü;
8 Mart Qadınlar Günü;
20, 21, 22, 23, 24 Mart Novruz bayramı;
9 May Faşizm Üzərində Qələbə Günü;
28 May Respublika Günü;
15 İyun Azərbaycan Xalqının Milli Qurtuluş Günü;
26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
9-10 Sentyabr Ramazan bayramı;
9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;
16-17 Noyabr Qurban bayramı;
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin "2010-cu ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında" 26 noyabr 2009-cu il tarixli, 183 nömrəli qərarına əsasən, 2010-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 4 yanvar, 25, 26 mart, 10 may və 28 iyun tarixləri, altıgünlük iş həftəsində isə 25 mart və 10 may tarixləri iistirahət günləridir. 2010-cu ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir. 2010-cu ildə beşgünlük iş həftəsində 242 iş günü (onlardan 8-i bayramqabağı və 1-i Ümumxalq hüzn günü qabağı gündür), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan 5-i iş günü hesab edilməyən bayram günü ilə üst-üstə düşən həftələrarası istirahət günlərinin əvəzinə verilən istirahət günüdür), iş günü hesab edilməyən 18 bayram (5-i istirahət günü ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü vardır (242+109+ +18+1-5=365). Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən, Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. 2010-cu ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. Qanunvericiliyə uyğun olaraq, 2010-cu il üçün 40 saatlıq iş həftəsində illik iş vaxtının norması 1927 saat təşkil edir (233x8+9x7=1927 saat). İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən, altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Əmək Məcəlləsinin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan müəssisə və təşkilatlarda 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2010-cu ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1927 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir. İş vaxtının qeydiyyat (uçot) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. İş vaxtının illik normasına görə, altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla, bilavasitə müəssisənin kollektiv müqaviləsində nəzərdə tutulmaqla həll olunur.
Sosial müavinətlərin növləri barədə məlumat verməyinizi xahiş edirəm.
Oruc MUSAYEV, Şirvan şəhəri.
- 7 fevral 2006 - cı il tarixli "Sosial müavinətlər haqqında" qanunun 4- cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müavinətlərin aşağıdakı növləri nəzərdə tutulmuşdur: o aylıq müavinət o dövlət qulluqçularına ömürlük müavinət o yaşa görə müavinət o əlilliyə görə müavinət o 16 yaşadək əlil uşaqlara müavinət o ailə başçısını itirməyə görə müavinət o AR Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət. o 3 yaşadək uşağa qulluğa görə müavinət o müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərin 16 yaşadək (ümumtəhsil müəsissələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət o valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət. o bir yaşadək uşağı olan aztəminatlı ailələrə müavinət o birdəfəlik müavinətlər o radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət. o uşağın anadan olmasına görə müavinət. o dəfn üçün müavinət.