Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 16-da)
…Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gülü qarşılamışdır. …Türkiyə Prezidenti Abdullah Güllə təkbətək görüşmüşdür. …Azərbaycan Respublikası Prezidentinin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə iştirak etmişdir. …və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" imzalamışlar. …və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur. …"Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə iştirak etmiş və nitq söyləmişdir.
Əmlak Məsələləri Dövlət Komitəsində 2009-cu ilin yekunlarına dair kollegiya iclası keçirilib. Komitə sədri Kərəm Həsənov ötən il ümumilikdə respublika üzrə 700-ə qədər kiçik dövlət müəssisə və obyektinin, 450-yə kimi obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirildiyi barədə məlumat verdi: "Dövlət müəssisələri investisiya müsabiqələri yolu ilə özəlləşdirilib. Müsabiqə qalibləri tərəfindən müəssisələrə 80,5 milyon manat məbləğində investisiya qoyulub. Ümumilikdə isə, göstərilən vaxt ərzində özəlləşdirilmiş 80 dövlət müəssisəsinə 480,5 milyon manat həcmində investisiya yatırılıb. Dövlət büdcəsinə isə 32,5 milyon manat vəsait köçürülüb. "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın tətbiqi nəticəsində dövlət büdcəsinə ümumilikdə 59 milyon manata yaxın vəsait ödənilib. Bundan başqa, özəlləşdirmə dövrü ərzində əhaliyə paylanmış 25,3 milyon ədəd dövlət özəlləşdirmə çekinin təqribən 80 faizi silinib". K.Həsənov həmçinin qeyd edib ki, dövlət müəssisələrinin özəlləşdirmə qabağı sağlamlaşdırılması və restrukturizasiyası ilə bağlı tədbirlərin görülməsi məqsədi ilə təkliflər hazırlanıb. Belə ki, "Azərboru" Səhmdar Cəmiyyətinin böhrandan sonrakı fəaliyyəti üçün əlverişli zəminlərin yaradılması ilə əlaqədar proqramın hazırlanmasına köməklik göstərilib: "Müəssisəyə dövlət köməyi və tənzimləmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar müvafiq təkliflər verilib. Dünyada baş verən qlobal iqtisadi və maliyyə böhranı ilə bağlı "Azəralüminium" Açıq Səhmdar Cəmiyətinə də fəaliyyətinin dəstəklənməsi və maliyyə vəziyyətinin sağlamlaşdırılması məqsədi ilə təkliflər paketi təqdim olunub". Komitə rəhbəri dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadə vəziyyətinin araşdırılması istiqamətində də işlərin aparıldığını deyib: Ötən il 300-ə yaxın müəssisə və obyektdə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividendlərin hesablanması və ödənilməsi vəziyyəti araşdırılıb. Özəlləşdirilmədən sonra alqı-satqı müqavilələrinin şərtlərinə əməl olunması və fəaliyyət profilinin saxlanılması ilə bağlı 82 sosial təyinatlı obyektdə monitorinqlər aparılıb. Dövlət torpaqları haqqında sistemləşdirilmiş məlumatları özündə əks etdirən məlumat bankına 8000-dən artıq dövlət müəssisəsi, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri barədə məlumat daxil edilib”. Sədrin sözlərinə görə, ötən ildə 700-ə yaxın qeyri-yaşayış sahəsi icarəyə verilib: "İcarə haqlarını ödəməyən 900-ə yaxın qeyri-yaşayış sahəsinin icarəçisinə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq edilib. İl ərzində icarə haqqını ödəməyən icarəçilər barədə məhkəmələrə 200-ə yaxın iddia ərizəsi göndərilib". Bununla bağlı 35 məhkəmə qərarı qəbul edilib. 200-ə yaxın torpaq icarəsi müqaviləsi bağlanılıb. İcarə borclarını vaxtında ödəməyən 180 torpaq icarəçisinə xəbərdarlıq edilib, 40 icarəçiyə qarşı iddia qaldırılıb. Bundan başqa, dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət edilməsi məqsədi ilə monitorinqlər keçirilib. Bu zaman 600-ə yaxın müəssisə və obyektdə zəbtolunma, qanunsuz tikili, yenidənqurma və quraşdırma işlərinin aparılması halları aşkar edilib. Qanunsuz olaraq tikinti və yenidənqurma işlərinin aparılması hallarının qarşısının alınması məqsədi ilə 170-ə yaxın faktla bağlı məhkəmələrə iddia ərizələri verilib. Qurum rəsmisi icarəçilər tərəfindən ötən il ərzində 11 minə yaxın ödənişin həyata keçirildiyini də vurğulayıb: "Qeyri-yaşayış sahələrinin, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə 5 milyon manat vəsait daxil edilib". K.Həsənovun sözlərinə görə, Daşınmaz Əmlakın Milli Qeydiyyat Sisteminin tam istismara verilməsi də başa çatdırılıb: "2009-cu ildə respublika üzrə 89 mindən artıq daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunlardan 30 minə yaxını ilkin, 59 minə yaxını isə təkrar qeydiyyat olub. Üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 19 minə yaxınını fərdi yaşayış və bağ evi, 34 minə yaxınını mənzil, 31 minini torpaq sahəsi, 5 minə yaxınını qeyri-yaşayış sahəsi təşkil edib. Hesabat müddətində 15,5 minə yaxın ipoteka müqaviləsi, 650-ə yaxın yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb". Ünvan reyestrinin tərtibi və aparılması məqsədi ilə mövcud ünvan məlumatlarının bir qismi toplanılıb. Daşınmaz əmlak obyektlərinin identifikasiyası üçün rəsmi ünvanların və ünvan xəritələrinin mövcud vəziyyətinin təhlilinə başlanılıb: "Ünvan xəritələrindəki mövcud məlumatlarla yerdəki məlumatların uyğunluğu yoxlanılıb, dəqiqləşdirilib. Yeni ünvan məlumatlarının toplanılması, eləcə də yeni tikililər və onların ünvanları barədə göstəricilərin ünvan xəritələrinə əlavə edilməsi istiqamətində işlər görülüb".
Sosial müavinətlərin növləri barədə məlumat verməyinizi xahiş edirəm.
Oruc MUSAYEV, Şirvan şəhəri.
- 7 fevral 2006 - cı il tarixli "Sosial müavinətlər haqqında" qanunun 4- cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müavinətlərin aşağıdakı növləri nəzərdə tutulmuşdur: o aylıq müavinət o dövlət qulluqçularına ömürlük müavinət o yaşa görə müavinət o əlilliyə görə müavinət o 16 yaşadək əlil uşaqlara müavinət o ailə başçısını itirməyə görə müavinət o AR Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət. o 3 yaşadək uşağa qulluğa görə müavinət o müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərin 16 yaşadək (ümumtəhsil müəsissələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət o valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət. o bir yaşadək uşağı olan aztəminatlı ailələrə müavinət o birdəfəlik müavinətlər o radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət. o uşağın anadan olmasına görə müavinət. o dəfn üçün müavinət.