Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 18-də
…Gürcüstana işgüzar səfərə gəlmişdir. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar. …və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər. …və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar. …Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.
iyulun 19-da
…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 20-də
…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar. …,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər. …BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir. …İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 21-də
…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir. …Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. …Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.
iyulun 22-də
…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır. …Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir. …"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ağdam, 26 fevral 1992-ci il. Saat 9.30-da yeni xəbərləri öyrənmək üçün evdən çıxıb şəhərin mərkəzinə tələsdim. Küçələrdə dünənkinə nisbətən xeyli adam vardı. Hamı təlaş içərisində harasa qaçırdı. Şəhərin mərkəzində və evimizə yaxın ərazidə yerləşən məsciddən gələn hay-küyə görə ilk olaraq ora baş çəkdim. Qarşılaşdığım mənzərə baş vermiş müdhiş fəlakətdən xəbər verirdi. Məscidin qarşısındakı meydanda onlarca tabut, yaxud da kəfənlənmiş meyit vardı. Xeyli sayda meyit, görünür tabut çatışmadığından yerə sərilmiş xalçaların üzərində yan-yana düzülmüşdü. Meyitlərə baxmaq adamdan ürək istəyirdi:cəsədlərin üz-gözü parçalanmış, bədənləri al-qan içərisində qurumuş, kiminin ayağı, kiminin qolu kəsilmişdi. Bu meyitlər yuyulub kəfənlənmək üçün öz növbələrini gözləyirdilər. Ağlayıb üz-gözünü cıran yaşlı qadınların heydən düşmüş çığırtıları, qız-gəlinlərin ah-nalələri, mollaların oxuduğu Quran ayələrinin yanıqlı sədası bir-birinə qarışmışdı. Bu arada kimsə "Kəfən verin, bayaq gətirdiyiniz qurtardı"- deyə qışqırdı. "Daha yoxdur kəfən, şəhərdə olan-qalanı gətirmişdilər bayaq, Bərdəyə, Yevlağa adam göndərmişik kəfən dalınca, bir az gözləyin"- kimsə ona cavab verdi. Qadınlar arasından "Kəfəni olmayan balam, vayyy!" nidası ilə ucalan yanıqlı mərsiyə kütləni təlatümə gətirdi və qarmaqarışıq şikayətlər bir-birinə qarışdı. Qəzəblənmiş adamlar kimə ünvanlandığı bəlli olmayan hikkəli suallar yağdırırdılar: "Hanı bu hökumət, harada gizlənibdir, bu ağır gündə də üzə çıxmayacaqsa, onda nəyə gərəkdir?!", "Hökumətliyiniz başınıza dəysin, heç olmasa imkan verin özümüz-özümüzü qoruyaq!".
Son 4 il ərzində Ağdam məscidində belə hadisələrlə tez-tez qarşılaşırdıq. İki ay əvvəl Malıbəyli, Meşəli, Abdal-Gülablı kəndlərinə erməni hücumlarının nəticəsi də belə fəlakətli olmuşdu. Amma budəfəki fəlakətin miqyası deyəsən ölçüyəgəlməz idi. Daha səhih məlumat almaq üçün Ü.Hacıbəyov adına parkda yerləşən "Veteranlar evi"nə tələsdim. Xalq özünümüdafiə dəstəsi orada məskən salmışdı. "Veteranlar evi"nə çatanda məni dəhşət bürüdü. Yaralılar əlindən içəridə tərpənmək mümkün deyildi. Qoca, cavan, qadın, uşaq... Boş çarpayı qalmamışdı, yerdə kilimdən-palazdan sərib yaralıları sıra ilə uzandırmışdılar. Bir neçə həkim və tibb bacısı onlara ilkin yardım göstərirdi. Ağdam camaatı evindən əlinə keçən ərzağı, yorğan-döşəyi buraya daşıyırdı. Amma bina kiçik və bu qədər adam üçün çox darısqal idi. Bu vaxt kimsə "gəldilər" deyə qışqırdı. Ayaqüstə olanlar bir-birilərini itələyə-itələyə hövlnak bayıra qaçdılar. Mən də onlara qoşuldum. Özünümüdafiə dəstəsi iki yük maşını dolusu yaralı gətirmişdi. Yaralıların ah-zar və iniltilərindən, onları qarşılayanların hirs-hikkə dolu nalələrindən hava titrəyirdi. Qabaqda Allahverdi qucağında ahıl bir kişi gəlirdi. Qocanın yalın ayaqlarını şaxta vurub qaraltmışdı, sol ayağının parçalanmış baş barmağının qanı donmuşdu. Tərpənməyə və danışmağa taqəti yox idi, ümidsiz baxışları ilə onu qarşılamağa yüyürənlər arasında çox güman ki, qohum-əqrəbasını, dost-tanışlarını axtarırdı. Baş vermiş fəlakətin təfərrüatını öyrənmək üçün parkın yaxınlığından, şəhərin mərkəzindən keçən Ağdam-Xankəndi yolunun üstündəki "Ağdam" restoranının yanına getdim. Restoran çoxdan bağlanmışdı, işləmirdi. Onun ikimərtəbəli binasının yaxınlığında bir-birindən 15 metrlik məsafədə iki "Alazan" raketinin izləri vardı. Raketlərdən biri asfalta düşüb partlayaraq iri çala açmışdı. Digəri isə torpaq sahəyə düşdüyündən partlamamışdı və yarıya qədər torpağa bataraq qalmışdı. Adamlardan öyrəndim ki, bu axşam ermənilər rus qoşunlarının köməyi ilə Ağdamdan 17-18 km. məsafədə yerləşən kiçik Xocalı şəhərinə hücum etmiş, zirehli maşınlardan, pulemyot və avtomatlardan atəş açaraq dinc sakinləri kütləvi şəkildə qətlə yetirmiş, bir neçə yüz nəfəri əsir götürmüş, qalan camaat isə şaxtanın qılınc kimi kəsdiyi soyuqda Qarqar çayının yatağı ilə birtəhər qaçıb canını ölümdən qurtarmışdır. Qaçanların da əksəriyyətinin bədən əzalarını şaxta vurub dondurmuşdu. Xocalı sakinlərinin danışdıqları heyrətamiz dərəcədə dəhşətli idi. Yenidən "təzə gətirilənlər var" harayını eşidib səs gələn tərəfə qaçdım. Yük maşını Xocalı tərəfdən gəlirdi. Adamlar bir-birilərinə aman vermədən hərəkət edən maşının banına qalxıb gətirilənlərin kimlərdən olduğunu öyrənməyə çalışırdı. Maşın dayanan kimi ona yaxınlaşdım. Hardansa xarici informasiya agentliyinin (deyəsən "Reuters" idi) reportyoru peyda oldu və gətirilənləri lentə almaq üçün maşının yük yerinə qalxmağa çalışdı. Mən cəld tərpənib ondan əvvəl qalxdım. Banda dörd kişi meyiti vardı. Yerə atılıb yerimi reportyora vermək istədim. Eyforiya içərisində olan kütlə ona mane olmağa çalışırdı. "Niyə, nə üçün? Qoyun çəksin! Bizə lazımdır ki, dünya bu qırğından xəbər tutsun!" - deyə onlara müraciət etdim. "Yox, kimsə qəzəblə qışqırdı, indiyə qədər çəkdiklərinin axırı nə olub ki, indi də nə olsun?! Əksinə, çəkdiklərini dünyaya erməni kimi qələmə verirlər, guya biz onları öldürür, döyüb yurdlarından qovuruq". Çətinliklə olsa da tanıdığım şəxslərin köməyilə reportyora öz işini görmək üçün imkan yarada bildim. Başında qəhvəyi-sarı rəngli ondatra dərisindən papaq, əynində dəri gödəkçə, ayağında dizəcən boğazlı rezin botu olan sərt üzlü bu qərbli reportyor yapon jurnalistindən fərqli olaraq vəzifəsini stressiz yerinə yetirirdi. Şəraitin ekstremallığı son həddə idi. Məni jurnalistlikdən çox təcavüzə məruz qalmış tərəf kimi "nə etməli?" sualı düşündürürdü. Əl-qolumuz bağlanmışdı. Meydana çıxıb xalqa açıq rəhbərlik etməyi bacaran yox idi. Gizli rəhbərlik edənlər isə təslimçilik yolunu tutmuşdu. Hər dəfə hansısa şəhər viran qoyulanda, vətəndaşlarımız qətlə yetiriləndə düşünürdük ki, daha bu sonuncudur, nəhayət, hökumət xəyanətin miqyasını və mahiyyətini dərk edəcək, "bundan o yana yol yoxdur" deyərək müdafiə tədbirlərinə əl atacaq. Ancaq, heyhat! Adamların başını şayiələrlə qatırdılar. Bu dəfə də eyni ssenari baş verdi. Saat ikidə camaat arasında söz gəzməyə başladı ki, Gəncədə yerləşən tank diviziyası yuxarıdan əmr alıb, elə bu gün hücuma keçib Xocalını geri qaytaracaq. Camaat yenidən Xocalıya gedən yolun üstünə toplaşıb tankları gözləməyə başladı. Bir saat keçmiş tanklar toz qopara-qopara sürətlə şəhərə girdi. Böyük bir dəstə yumruqlarını sıxaraq inamla tankların yolu üstünə çıxdı. Təxminən 30-a qədər tank olardı. Qabaqda gedən tankın üstündəki lyukdan başını çıxaran hərbçi şəstlə adamlara əl elədi (onun çopur sifəti yaxşı yadımda qaldı və bir neçə il sonra hətta televiziya ekranlarında da görəndə tanıdım). Amma dəstə "Ağdam" restoranını keçəndən 100 metr sonra, köhnə hamamın yanından sağa burularaq yoluna davam etdi. Mən dərhal başa düşdüm ki, onlar şəhər kənarındakı dairəvi yola çıxıb geriyə-Gəncəyə qayıdacaqlar. Demək, yenə də yalançı manevrlə xalqı aldatmağa çalışdılar. Amma bir qisim adam bunu başa düşmədi və qalxan toz burulğanı havada əriyənə qədər ümidli gözlərini tankların getdiyi istiqamətdən çəkmədilər. Bu an ürəyimdə doğan suala cavab tapmaq məqsədi ilə Allahverdi Bağırovu axtarmağa getdim. O, məskən saldıqları "Veteranlar evi"nin bir küncündə başının dəstəsi ilə sakitcə oturub meyitlərin axtarışına göndərdiyi silahdaşlarından cavab gözləyirdi. Əlində ratsiya vardı. Dağlarda qalmış meyitləri dəstə döyüşə-döyüşə götürürdü. Onu lap çoxdan tanıyırdım və xasiyyətinə də bələd idim:dəli-dolu bir adam idi, hövsələsizliyi bir yana, ədalətsizlik olan yerdə qabağında durmaq çətin məsələ idi. Elə kükrəyib daşardı ki, haqsızlığa qol qoyanlar pərən-pərən düşərdi. İndi isə gərginlikdən sifəti boğulmuşdu. Ona yaxınlaşıb sakit, lakin sərt tonda soruşdum: -Hücum olacaq?! - sualımı jurnalist kimi yox, təcavüzə məruz qalmış şəxsin döyüş arzusu kimi verdim. Bir anlıq sükut edib əlindəki avtomata baxdı və suala sualla cavab verdi: -Nə ilə?! O, haqlı idi. Rusların ermənilərə "hədiyyə" verdiyi hərbi texnikanın qarşısını avtomatla almaq mümkün deyildi. Vəziyyətin çıxılmazlığı adamı boğurdu. İsteriyaya düşməmək üçün bayıra çıxıb, parkın sıx ağaclıq olan hissəsinə çəkildim. Lakin orada da dözməyib meyitlərin "vəziyyəti"ni öyrənmək üçün məscidin qabağına getdim. Bir neçə dəstə qadın nöhə deyə-deyə qətlə yetirilənlərin yasını tuturdu. Bu vaxt qarşılaşdığım səhnə məni bir daha sarsıtdı. Xocalıdan olan yaşlı qadın ortaya düşüb nöhənin ahənginə uyğun rəqs edirdi. Kimsə ona fikir vermirdi. Siması heç nə ifadə etməyən qadınsa sanki səhnədəymiş tək qol götürüb süzür, dingildəyə-dingildəyə dövrə vururdu. O, dərddən havalanmışdı...
Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?
Mirzə QƏHRƏMANOV, Naxçıvan şəhəri.
- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.