Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Xocalı soyqırımı Milli Məclisdə anıldı

01.03.10 - 11:1144 baxılıb

Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. İclasda Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edərək bildirdi ki, Xocalıda 20-ci əsrdə insanlığa qarşı törədilən ən dəhşətli faciənin artıq 18-ci ildönümü tamam olur. Spiker Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Soyqırımı qurbanlarının xatirəsi yad edildikdən sonra parlamentin plenar iclası öz işinə başlayıb.

Cari məsələlər zamanı çıxış edən deputat Əhəd Abıyev bir neçə gün əvvəl cəbhə xəttindəki atışma zamanı həlak olmuş Azərbaycan Ordusunun əsgəri, Masallı rayon sakini Röyal Fərəcovun yas mərasiminə qatıldığını bildirdi. Ə.Abıyev qeyd etdi ki, həlak olmuş əsgərin həyat yoldaşı və körpə uşağının yaşayış vəziyyəti çox pisdir. Ə.Abıyev Masallı rayonunda şəhid ailələri üçün yaşayış binası tikildiyinə diqqət çəkərək, Milli Məclisin Sədri Oqtay Əsədovdan bu ailəyə mənzil verilməsini xahiş etdi.
Millət vəkili Musa Quliyev isə 1948-53-cü illərdə Ermənistan SSR-dən köçürülən azərbaycanlılara repressiya qurbanları statusu verilməsini təklif etdi.
Deputat Aynur Quliyeva Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən tədbirlərdən danışdı. Qeyd etdi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində dünyada ciddi işlər görülür. Deputat ölkədə fəaliyyət göstərən QHT-ləri də bu işdə fəal olmağa çağırdı.
Millət vəkili Qüdrət Həsənquliyev spikerin başçılığı ilə İrandan səfərdən qayıdan nümayəndə heyətinin keçirdiyi görüşlər haqqında məlumat verilməsini xahiş etdi. Millət vəkili İranda Azərbaycana qarşı aksiya keçirildiyini və təhqirlərə yol verildiyini söylədi: “Xocalı soyqırımın törədilməsində iştirak edən Ermənistan prezidentinin hansı haqla İranda əlini sıxırlar?”
Spiker Oqtay Əsədov deputatın sözlərinə cavab olaraq onun çıxışında ehtiyatlı olmağa çağırdı: "Mən çıxış etmişəm, edirəm də. Səfər haqqında da lazımi məlumat veriləcək. İran-Azərbaycan münasibətlərində fərqli yanaşmalar var. Bir var populist yanaşma, bir də var dövlətçilik yanaşması. Biz İranla münasibətlərimizi hər zaman yüksək səviyyədə qurmalıyıq. Əfsus ki, həm o tərəfdə, həm də bu tərəfdə bu əlaqələrə mane olanlar var", - deyə spiker əlavə etdi.
Millət vəkili Mübariz Qurbanlı Türkiyənin Ermənistanla imzaladığı protokollarla bağlı qətiyyətli mövqe ortaya qoyduğunu bildirdi. Onun sözlərinə görə, hazırda Türkiyəyə qarşı təzyiqlər artmaqdadır: "ABŞ Konqresində qondarma "erməni soyqırımı" layihəsi müzakirəyə çıxarılacaq. Bu, Azərbaycanın da maraqlarına ziddir. Azərbaycan parlamenti bu məsələnin yenidən gündəmə gətirilməsinə etiraz məktubu ünvanlamalıdır. Mümkün olsa, Azərbaycan parlamenti bununla bağlı ABŞ-a xüsusi deputat qrupu da göndərməlidir",-deyə deputat əlavə etdi.
Millət vəkili Elman Məmmədov da Xocalı soyqırımının tanıdılması istiqamətində Heydər Əliyev Fondunun çox uğurlu fəaliyyət göstərdiyini, bu işlərin gücləndirilməsinin vacibliyini qeyd etdi.

K.GülƏr.

çap üçün verisya

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.