Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 30-da) ... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır. … Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.
(avqustun 31-də) … Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
(sentyabrın 1-də) … və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.
(sentyabrın 2-də) … və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.
(sentyabrın 3-də) … və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır. … və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.
1988-ji ilin fevralından başlamış bu qəsbkarlıq aksiyası nətijəsində minlərlə azərbayjanlı qətlə yetirilmiş, yaralanmış və əsir götürülmüşdür. Torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Bir milyondan çox həmvətənimiz doğma yurd-yuvasını məjburən tərk edərək qaçqın və köçkün vəziyyətində yaşayır. Azərbayjanın işğal olunmuş torpaqlarında mənəvi dəyərlərimiz, tarixi abidələrimiz, təbii sərvətlərimiz vəhşijəsinə talan və məhv edilir. 700-ə qədər şəhər və kənd, minlərlə xəstəxana, məktəb, yaşayış binaları, mədəniyyət ojağı dağıdılmış, yandırılmış, xarabaya çevrilmişdir. Dünyanın sülhpərvər qüvvələrinin Ermənistan Respublikasını təjavüzkarlıqdan əl çəkmək, Azərbayjanın torpaqlarını özünə qaytarmaq çağırışları hələ ki, javabsız qalır. Onların atdıqları hər addım beynəlxalq hüquq normalarına ziddir. Azərbayjan Respublikası və Ermənistan rəhbərlərinin müntəzəm görüşləri hələ ki, real nətijələr vermir, erməni tərəfin bu məsələyə qeyri-konstruktiv münasibəti münaqişənin ədalətli həllinə maneçilik törədir. Bu illər ərzində BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qərar və qətnamələr, ATƏT-in Minsk Qrupunun Ermənistan-Azərbayjan münaqişəsini sülh yolu ilə aradan qaldırmaq jəhdləri hələ ki, bir nətijə vermir. Həmin təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərdə Azərbayjanın suverenliyinin və ərazi bütövlüyünün təsdiq edilməsinə baxmayaraq, Ermənistan onlara qeyri-jiddi münasibət göstərir. Ermənistanın bu qəsbkar siyasəti Avropa dövlətləri və xalqlarının əməkdaşlıq siyasətinə jiddi zərbədir. Biz, Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası III qurultayının nümayəndələri həmvətənlərimizin mənafeyini, haqqı və ədaləti müdafiə edərək dünya ölkələrinin həmkarlar ittifaqı təşkilatlarını və fəhlə hərəkatını ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə daha jiddi və daha təkidli təsir göstərməyə, münaqişənin həllində BMT nizamnaməsinin, ATƏT prinsiplərinin və beynəlxalq hüquq normalarının əsas götürülməsi üçün öz sözlərini deməyə çağırırıq. Dağlıq Qarabağ Azərbayjanın əzəli və əbədi torpaqlarıdır, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəjək, o heç vaxt Ermənistana birləşdirilməyəjəkdir. Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası sülh, demokratiya, insan hüquqları və sosial tərəqqi uğrunda mübarizə aparmaqla həmişə qarşılıqlı əlaqələr qurmağa və əməkdaşlıq etməyə hazırdır.
Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.
Elza HƏSƏNOVA, Samux rayonu.
- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər. Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.